Biznes hesabı üçün bir neçə iş günü gözləməyə ehtiyac yoxdur. "Yelo Bank"-da hüquqi şəxslər bunu İnternet Bankçılıq vasitəsilə həmin gün, dəqiqələr içində edə bilir.
Proses üç mərhələdən ibarətdir. Əvvəlcə müştəri qeydiyyat sorğusunu doldurur və valyuta seçir, şirkətə aid məlumatlar isə sistemə avtomatik gəlir. Sonra sənədlər formalaşdırılır və ASAN İmza ilə imzalanır, istəyə görə nüsxələr şəxsi e-mail ünvanına göndərilə bilər. Yekunda məsafədən identifikasiya aparılır və uğurlu nəticədən sonra hesab aktivləşir. Bütün bunlar banka getmədən, tam rəqəmsal formada baş verir!
Hesab açılışı üçün ödəniş tutulmur. Qeyd edək ki, yeni müştərilər üçün xidmət iş günləri saat 09:00–17:00 arası işləyir. Aktivləşən hesab üzrə köçürmələr, əməkhaqqı ödənişləri, konvertasiya və digər əməliyyatlar İnternet Bankçılıqda bir neçə kliklə icra olunur.
"Yelo" İnternet Bankçılıq xidməti: https://ylb.az/ibank.
Onlayn bank hesabi acmaq üçün əlavə dəstək lazımdır? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
"Yelo Bank" – Parlaq bankçılıq!


Şərhlər