Menu

Azərbaycanda tarixi abidələrin siyahısı dəyişdirildi – Yeni abidələr əlavə olundu

20.11.2026, 13:30
Azərbaycanda tarixi abidələrin siyahısı dəyişdirildi – Yeni abidələr əlavə olundu

“Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Qərarına dəyişiklik edilib.

“AzPolitika” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Dəyişikliyə əsasən, “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Arxeoloji abidələr” bölməsində Azıx mağara düşərgəsi və Tağlar mağara düşərgəsinin yerləşdiyi ərazi Füzuli rayonu əvəzinə müvafiq olaraq, Xocavənd rayonu, Azıx kəndi və Tağlar mağara düşərgəsi paleolit dövrü Xocavənd rayonu, Böyük Tağlar kəndi olaraq göstərilib.

Qərarla təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı” üzrə “Bağ-park, monumental və xatirə abidələri” bölməsinə Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq da əlavə olunub.

"Arxeoloji abidələr” bölməsi üzrə “Astara rayonu” hissəsinə Əlişa qala kompleksi e.ə. IV - e. XVI əsrlər Alaşa kəndi; “Quba rayonu” hissəsinə Xatirə abidəsi – kütləvi məzarlıq 1918-ci il Quba şəhəri, Nəriman Nərimanov küçəsi əlavə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol