Menu

BDU-nun prorektoru vəzifəsindən azad edilib - FOTO

20.11.2026, 19:51
BDU-nun prorektoru vəzifəsindən azad edilib - FOTO

Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad olunub.

Ölkə.az-ın əldə etdiyi xəbərə görə, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.

Coğrafiya elmləri doktoru, professor F.İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru idi. O, 2021-ci ildən bu vəzifədə çalışırdı.

F.İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı olub.

Qeyd edək ki, F.İmanov bir müddət əvvəl prorektor vəzifəsindən azad olunub. Onun işdən çıxarılmasının universitetlə bağlı baş verən son hadisələrlə əlaqəsi yoxdur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol