Menu

“Moskvaya getməkdən imtina etməməliyik” - Müdafiə nazirindən gözlənilməz açıqlama

21.11.2026, 09:19
“Moskvaya getməkdən imtina etməməliyik” - Müdafiə nazirindən gözlənilməz açıqlama

Avropa Vladimir Putinin Ukraynaya qarşı müharibəyə son qoymaq üçün Moskvada danışıqlar aparmaq təklifini rədd etməməlidir, lakin atəşkəs istiqamətində real addımlar atılması şərtilə. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius Varşavaya səfəri zamanı bildirib. 

"Moskvaya dəvəti rədd etmək tamamilə səhv siqnal olardı. Biz dialoqa başlamalıyıq. Yalnız danışıq aparanlar nəticə əldə edə bilərlər", - Pistorius deyib.

Nazir eyni zamanda vurğulayıb ki, Moskvaya dəvət faktı hələ Kremlin müharibəyə son qoymağa hazır olduğunu göstərmir. Həlledici olan bəyanatlar və diplomatik təşəbbüslər deyil, konkret nəticələr olacaq.

“Əgər o (Putin-red.), indi ilk siqnalları göndərib avropalıları Moskvaya gəlməyə dəvət edərsə, bu, hər cəhətdən müsbət qarşılanacaq. Lakin, nəticə etibarilə, vacib olan bəyanatlar və dəvətlər deyil, nəticələrdir. Atəşkəs onlardan biridir”, - deyə Pistorius bildirib.

Nazir bununla yanaşı, Rusiyanın danışıqlardan vaxt uzatmaq və sadəcə özünə diplomatik pəncərə açmaq üçün istifadə edə biləcəyi ehtimalını da istisna etməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol