Menu

Azərbaycan idmançısı dünya çempionatında bürünc qazandı

21.11.2026, 14:25
Azərbaycan idmançısı dünya çempionatında bürünc qazandı

Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Cənubi Koreyanın Muju şəhərində keçirilən parataekvondo üzrə dünya çempionatında bürünc medal qazanıb.

"AzPolitika" Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, yarışın ikinci günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan paralimpiya çempionu 1/8 finalda almaniyalı Kolya Qrabeni məğlub edib.

O, 1/4 finalda türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. Bu mərhələdə meksikalı Xuan Qarsiya ilə qarşılaşan Xəlilov rəqibinə uduzub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol