Menu

Almaniyalı nazir Bakının şərtini dəstəklədi – Ermənistan Konstitusiyası dəyişdirilməlidir

21.11.2026, 14:20
Almaniyalı nazir Bakının şərtini dəstəklədi – Ermənistan Konstitusiyası dəyişdirilməlidir

Almaniyanın xarici işlər naziri Yohann Vadeful Ermənistan və Azərbaycan arasında yekun sülh sazişinin imzalanması üçün qalan məsələlərin həllinin, o cümlədən Ermənistan Konstitusiyasına dəyişikliklərin vacibliyini vurğulayıb.

"AzPolitika" APA-ya istinadən xəbər verir ki, nazir bunu fikri “Tagesschau”a müsahibəsində deyib.

Nazir Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəlilədilməsinin vacibliyini də qeyd edib. Almaniya tərəfi yekun sülh sazişinin imzalanmasını regionda sabitliyin və Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından mühüm hesab edir.

Vadeful Azərbaycanın Almaniya və Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu bildirib.

“Diversifikasiya üçün etibarlı tərəfdaşlar axtarırıq. Azərbaycan bu etibarlı tərəfdaşlardan biridir”, – nazir qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol