Menu

Ermənistan yeni Konstitusiya layihəsini açıqladı – Bakının əsas tələbi qəbul olundu!

23.11.2026, 09:36
Ermənistan yeni Konstitusiya layihəsini açıqladı – Bakının əsas tələbi qəbul olundu!

Ermənistanda yeni Konstitusiya layihəsi dərc edilib: Müstəqillik Bəyannaməsinə istinad çıxarılıb

"AzPolitika" xəbər verir ki, Ermənistanda hazırlanan yeni Konstitusiya layihəsinin mətni ictimaiyyətə təqdim olunub.

Ermənistan mediasının yaydığı məlumata görə, 89 maddədən ibarət olan yeni sənəddə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad yer almayıb.

Xatırladaq ki, rəsmi Bakı Ermənistanla yekun sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılmasını əsas şərt kimi irəli sürüb.

Qeyd edək ki, yeni Konstitusiya layihəsinin qəbul edilməsi üçün Ermənistanda ümumxalq səsverməsinin (referendumun) keçirilməsi nəzərdə tutulur.

AzPolitika.info

Xanali Eynulla

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol