Bakı Dövlət Universtetinin (BDU) rektoru vəzifəsindən azad edilən Elçin Babayev işdən çıxarılma xəbərini Qazaxıstanda - Astanada alıb.
“AzPolitika” Manset.az-a istinadla xəbər verir ki, E.Babayev noyabrın 18-i Qazaxıstanın paytaxtı Astanada keçirilən III İllik Beynəlxalq Strateji Tərəfdaşlar forumunda iştirak etmək üçün oraya yola düşüb.
O, noyabrın 19-u “Hilton Astana” hotelində Strateji Tərəfdaşlar forumunun əsas plenar iclasında iştirak edirmiş.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Babayev Astanada həmin forumda BDU-nun təltif olunması ilə bağlı mükafat alacaqmış. O, BDU-nun dosenti, baş müəllim Nərman Süleymanovun ölüm xəbərini eşidən kimi gecə saatlarında təcili Bakıya qayıdıb. Sərəncam yayımlananda isə keçmiş rektor artıq Bakıda olub.


Şərhlər