Menu

Nazirliyə yeni Aparat rəhbəri təyin olundu - DOSYE

23.11.2026, 19:24
Nazirliyə yeni Aparat rəhbəri təyin olundu - DOSYE

Elmin İsa oğlu Fərəcov Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri təyin olunub.

"AzPolitika" xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalayıb.

Elmin Fərəcov 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

2002-2007-ci illərdə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb.

2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi-hüquqşünas, 2016-2021-ci illərdə Nazirliyin Məşğulluq və miqrasiya şöbəsinin müdiri, 2021-2023-cü illərdə nazirliyin Məşğulluq və əmək münasibətləri şöbəsinin müdiri vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol