Goranboyda torpaq sürüşməsi olub.
"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki hadisə rayonun Yuxarı Ağcakənd kəndində qeydə alınıb.
Hadisə nəticəsində ərazidən keçən diametri 219 millimetr olan magistral su borusu zədələnib və 1100 abonentin su təchizatı dayanıb.
Əraziyə aidiyyəti qurumların əməkdaşları və texnika cəlb olunub, yaranmış problem aradan qaldırılıb.


Şərhlər