Menu

Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur - Həbs olunanlar var

25.11.2026, 11:13
Azərbaycanda bir neçə zabit milyonyarımlıq yeyintidə ittiham olunur - Həbs olunanlar var

Azərbaycanda aralarında hərbçilər də olmaqla, ümumilikdə 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur.

"AzPolitika" "Qafqazinfo"ya istinadla xəbər verir ki, həmin şəxslərdən 4 nəfəri həbs edilib, 11 nəfər barəsində alternativ qətimkan tədbirləri seçilib.

İş üzrə Elman Mehdiyev, Tehran İmanlı, Həsən Əmirov, Kənan Bayramzadə, Mobil Məmmədov, Qəhrəman Əliyev, Nihad Quliyev, Zaur Məmmədov, Samir Baxşiyev, Məhəmməd Hüseynli, Elçin Mustafayev, Məmməd Əliyev, Cahid Mahmudov, Mirmusa Seyidov və Ravid Tərlanzadə təqsirləndirilən şəxs qismində cəlb olunub.

Onlardan bir neçəsi kapitan və mayor rütbəli hərbçilər, qalanları isə yanacaqdoldurma məntəqələrinin rəisləri və digər işçiləridir.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham verilib. Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Cinayət işi üzrə dəymiş ziyan 1 milyon 400 min manatdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol