Ukrayna PUA-ları ötən gecə Samara vilayətinə zərbələr endirib.
“AzPolitika” xəbər verir ki, bu b arədə Samara qubernatoru Vyaçeslav Fedorişevin açıqalması yayımlanıb.
O bildirib ki, hava hücumundan müdafiə qüvvələri vilayət üzərində 145 dron vurub. Hücum nəticəsində bir nəfər ölüb və obyektlərə zərər dəyib. Qubernator təfərrüatlar verməyib və əlavə edib ki, "bəzi ərazilərdə elektrik kəsintiləri var". Yerli sakinlər güclü partlayışlar barədə məlumat veriblər və hava hücumu sireninin hücum başladıqdan yalnız bir saat sonra səslənməsindən şikayətləniblər.
“Astra”-nın yayımladığı görüntülərə görə, dronlar Sızran və Kuybışev neft emalı zavodlarını hədəf alıb. Hər ikisi "Rosneft"ə məxsusdur və Samara bölgəsinin ən böyük müəssisələridir. Hücumdan sonra layihə gücü ildə təxminən 8,9 milyon ton neft olan Sızran neft emalı zavodunda böyük yanğın baş verib. Dronlar daha əvvəl 15 sentyabrda bu zavoda hücum ediblər.
Samara ərazisində yerləşən və ildə 7 milyon ton neft emal etmək qabiliyyətinə malik Kuybışev Neft Emalı Zavodu da dron hücumundan sonra yanğına məruz qalıb. O da daha əvvəl 22 sentyabrda hücuma məruz qalmışdı.
Ukrayna monitorinq kanalları həmçinin Novokuybışevsk Neft Emalı Zavoduna və Transneft Samara Xətti İstehsal və Göndərmə Stansiyasına (LPDS) dünən gecə zərbə endirildiyini bildirib. Yerli sakinlər sosial mediada bu obyektlərdə partlayışlar olduğu barədə məlumat veriblər.
https://t.co/2CWKnkPYBg
— Exilenova+ (@Exilenova_plus) November 25, 2026
“AzPolitika.info”


Şərhlər