Menu

Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var

25.11.2026, 14:10
Bağça müəllimlərinin işə qəbulu başlayır - Bir həftə vaxt var

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində mövcud vakant yerlərə tərbiyəçi-müəllimlərin işə qəbuluna start verilir.

"AzPolitika" xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.

Bildirilib ki, 2025-ci ildə keçirilmiş tərbiyəçi-müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanında uğur qazanaraq 40 bal və daha yüksək nəticə göstərmiş namizədlər vakant yerlər üzrə 25 noyabr - 1 dekabr 2026-cı il tarixlərində BŞTİ-yə müraciət edə bilərlər.

Müraciət zamanı şəxsiyyəti təsdiqləyən və təhsil haqqında sənədlərin surəti təqdim edilməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol