Menu

“Barselona”nın Bakı məşqində qalmaqal – Flik futbolçuya əsəbiləşdi

25.11.2026, 14:29
“Barselona”nın Bakı məşqində qalmaqal – Flik futbolçuya əsəbiləşdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda Bakıda “Sabah”la qarşılaşacaq “Barselona”nın düşərgəsində gərginlik yaşanıb.

"AzPolitika" xəbər verir ki, hadisə Kataloniya təmsilçisinin Bakı Olimpiya Stadionunda keçirdiyi oyunöncəsi məşq zamanı baş verib.

Fransalı sağ cinah müdafiəçisi Jül Kunde məşqə gecikib. Bu isə baş məşqçi Hans Flikin narazılığına səbəb olub.

28 yaşlı futbolçu ötən mövsüm də məşqlərə gecikdiyinə görə əsas heyətdəki yerini itirmişdi.

Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması bu gün saat 21:45-də başlayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol