Menu

Maskın "Starmind" planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır

25.11.2026, 23:01
Maskın "Starmind" planı təsdiqləndi: Orbitə 1 milyon peyk çıxarılır

ABŞ-nin Federal Rabitə Komissiyası (FCC) İlon Maskın "SpaceX" şirkətinə orbital data mərkəzləri yaratmaq məqsədilə 1 milyonadək peyk yerləşdirməyə icazə verib.

"SpaceX" bu ilin əvvəlində tənzimləyici quruma müraciət edərək Yer orbitində 1 milyonadək hesablama modulunun yerləşdirilməsinə icazə istəyib. Bu modullar Yer üzündə istifadə olunan böyük həcmli məlumatları emal edəcək.

FCC-nin məlumatına görə, təsdiqlənən "Starmind" adlı peyk sistemi, o cümlədən süni intellekt texnologiyaları tərəfindən yaradılan hesablama gücünə sürətlə artan tələbatı ödəmək məqsədi daşıyır. /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol