Menu

Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər

26.11.2026, 18:02
Vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başladı - Nüfuz alverində təqsirləndirilirlər

Yardımlı Rayon İcra Hakimiyyətinin nüfuz alverində təqsirləndirilən vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"AzPolitika" APA-ya istinadla xəbər verir ki, Yardımlı Rayon Məhkəməsində keçirilən prosesdə tərəflərə anket məlumatları dəqiqləşdirilib, onlara hüquq və vəzifələri izah edilib.

Məhkəmə işin baxışa verilməsi barədə qərar qəbul edib.

Məhkəmənin baxış iclası 10 dekabra təyin edilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprel ayında həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.

Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Elçin Mirzəyev və Yaşar Eyvazov barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Səfərovun isə polis nəzarəti altında olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol