Menu

Vəkil Orxan Kəngərli ilə bağlı məhkəmədən qərar

26.11.2026, 17:03
Vəkil Orxan Kəngərli ilə bağlı məhkəmədən qərar

Bir neçə gün əvvəl polis tərəfindən saxlanılan tanınmış vəkil Orxan Kəngərli barəsində olan həbs qərarı ilə bağlı verdiyi şikayətə baxılıb.

Vəkilin müraciətinə Bakı Apelyasiya Məhkəməsində baxılaraq yekun qərar çıxarılmaqla Orxan Kəngərlinin şikayəti təmin olunmayıb. Vəkil həbsdə saxlanılıb.

Xatırladaq ki, Orxan Kəngərli noyabr 19-da saxlanılaraq barəsində Nərimanov Rayon Məhkəməsində istintaq orqanının təqdimatına baxılaraq 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 236.2.4-cü (Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə, zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə), 240.2.1-ci ( Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 240.2.2-ci (təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, vəkil Orxan Kəngərli "Alyans" vəkil bürosunun müdiridir. /Oxu.Az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol