Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti təmsilçisi bu gün Ermənistana səfər edib.
"AzPolitika" xəbər verir ki, bununla bağlı “Türküstan” qəzetinin baş redaktoru, “Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camal çağırış edib.
O bildirib ki, Ermənistana səfər edən Azərbaycan nümayəndə heyəti İrəvandakı tarixi Göy Məscidi ziyarət etməlidir.
Aqil Camalın sözlərinə görə, Azərbaycan türkləri tərəfindən inşa edilmiş Göy Məscid İranın işğalından azad edilməli, Bakıdakı erməni kilsəsi kimi Azərbaycan xalqının maddi-mədəniyyət abidəsi statusunda rəsmən tanınmalı və qorunmalıdır.
O qeyd edib ki, Göy Məscid Azərbaycan-Ermənistan arasında sülh prosesi çərçivəsində danışıqların predmetinə çevrilməli və bu məsələ prinsipial tələb kimi gündəmdə saxlanılmalıdır.
“Qarşıda biz media və QHT olaraq bu məsələyə diqqəti artıracağıq. Hələliksə, İrəvanda olan həmkarlarımızı Göy Məscidi ziyarət etmək təşəbbüsü göstərməyə çağırıram”, – deyə Aqil Camal vurğulayıb.


Şərhlər