Menu

“Conson asılmalıdır” - Medvedev keçmiş baş naziri təhqir etdi

26.11.2026, 16:47
“Conson asılmalıdır” - Medvedev keçmiş baş naziri təhqir etdi

Əgər NATO ilə Rusiya arasında Ukraynada müttəfiq qoşunlarının olması səbəbindən müharibə başlayarsa, NATO qoşunlarının bu ölkədə yerləşdirilməsinə çağıran keçmiş Britaniya Baş naziri Boris Conson Trafalqar Meydanında asılmalıdır. 

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” səhifəsində yazıb.

Rusiyanın sabiq prezidenti paylaşımında Consonu “donuz” adlandırıb. Onun fikrincə, məhz Conson müharibənin əvvəlində Ukrayna ilə sülhün qarşısını alıb və indi o, NATO qoşunlarının Ukrayna ərazisinə yerləşdirilməsini istəyir.

"Əgər bu baş verərsə, Allah eləməsin, Conson mütləq asılmalıdır (...) Və qoy həftələrlə asılı qalsın və orta əsrlərdəki kimi iylənsin", - deyə Medvedev keçmiş Britaniya Baş naziri üçün cəza tələb edib.

O, istehza ilə qeyd edib ki, Rusiya ilə NATO arasında müharibə başladıqdan sonra London məhv ediləcək, ona görə də Trafalqar Meydanının əvəzinə başqa bir yer də seçilə bilər.

Bundan öncə Boris Conson "Könüllülər koalisiyası”nın qoşunlarının Ukraynaya göndərilməsinin vacibliyini bildirmişdi.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol