Azərbaycanlı poker ustası Ramin Hacıyev növbəti uğurunu qazanıb.
“AzPolitika” xəbər verir ki, Ramin Hacıyev Şimali Kiprdə keçirilən “Triton Poker Series” beynəlxalq poker turnirinin qalibi olub. Bu barədə “pokernews.com”-da və turnirin rəsmi sosial şəbəkə hesabında məlumat yayılıb.
Turnirin 10 illiyinə həsr olunmuş bu dəfəki yarışda iştirak etmək üçün ödəniş 150 min ABŞ dollar olub. Dünyanın ən tanınmış poker ustalarının qatıldığı yarışda birinci yeri tutan Hacıyev nəticədə 2 milyon 827 min 663 dollar qazanıb. Bu, R.Hacıyevin “Triton” turnirlərində 3-cü qələbəsidir.
Yarışda növbəti yerləri avstraliyalı və britaniyalı “qumarbazlar” tutublar. Onların qazancı müvafiq olaraq 2 milyon 438 min və 1 milyon 427 min dollar təşkil edib. Yarışı işıqlandıran media orqanları 39 yaşlı R.Hacıyevin ümumi mükafat fondu 11.7 milyon dollar olan yarışda “aqressiv oyun tərzi” ilə qalib gəldiyini xüsusi qeyd edirlər.
“AzPolitika.info”


Şərhlər