Menu

“Bir-iki səbəbə görə kimisə vəzifədən uzaqlaşdırmamışam” - Paşinyan orduda dəyişikliyə hazırlaşır

26.11.2026, 17:35
“Bir-iki səbəbə görə kimisə vəzifədən uzaqlaşdırmamışam” - Paşinyan orduda dəyişikliyə hazırlaşır

Ermənistanın Baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrdə kadr dəyişiklikləri ilə bağlı ölkə prezidentinə təqdimat ünvanlayıb.

"AzPolitika" xəbər verir ki, o, bu barədə noyabrın 26-da hökumətin iclasından sonra keçirilən ənənəvi brifinqdə məlumat verib.

Baş nazir kadr təyinatlarının və vəzifədən azadetmələrin öz-özlüyündə xüsusi məqsəd daşımadığını vurğulayıb. Onun sözlərinə görə, bu qərarlar konkret iş şəraiti təhlil edildikdən sonra qəbul olunur.

“Kimisə bir, iki, hətta üç səbəbə görə işdən azad etməmişəm və etməyəcəyəm də. Bu cür kadr dəyişikliyi ilə bağlı qərar verməyim üçün ən azı dörd səbəb olmalıdır”, - deyə N.Paşinyan əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol