Menu

Şükranlıq Günündə təbii fəlakət: Yarım milyondan çox amerikalı işıqsız qaldı

26.11.2026, 21:54
Şükranlıq Günündə təbii fəlakət: Yarım milyondan çox amerikalı işıqsız qaldı

ABŞ-nin şərq bölgələrini bürüyən güclü fırtına hava nəqliyyatının işini ciddi şəkildə pozub və 1000-dən çox aviareysin ləğvinə və ya gecikməsinə yol açıb.

"AzPolitika" xəbər verir ki, "FlightAware" uçuş izləmə portalının yaydığı məlumata əsasən, noyabrın 26-da qeyd edilən Şükranlıq Günündə 369 təyyarə reysi tamamilə təxirə salınıb, 666 uçuş isə qrafikdən geri qalıb.

Əlverişsiz hava şəraiti təkcə nəqliyyat sisteminə deyil, həm də enerji infrastrukturuna ziyan vurub. Belə ki, ölkənin bir sıra ştatlarında elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Son məlumatlara görə, elektrik kəsintiləri ABŞ üzrə yarım milyondan artıq abonenti işıqsız qoyub. Təbii fəlakətin enerji təchizatına vurduğu zərər ən çox Virciniya və Missuri ştatlarında hiss olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol