Şirvan şəhərində polisin keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə axtarışda olan İ.Rüstəmov saxlanılıb.
"AzPolitika" xəbər verir ki, şəxs tanışı A.Şərifovla birlikdə iranlı narkotacirlə cinayət əlaqəsinə girərək, satış məqsədilə ondan 4 kiloqramdan artıq narkotik vasitə və metadon həbləri əldə edib.
Narkotacir Şirvan ərazisində gizlətdiyi narkotik vasitələri götürərkən, polis A.Şərifovu saxlayıb və o, məhkəmənin qərarı ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qrupun digər üzvü İ.Rüstəmov isə hadisə vaxtı ərazidən qaçıb və barəsində axtarış elan olunub.
Faktla bağlı başlanılan cinayət işi üzrə istintaq hərəkətləri davam edir, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Şərhlər