Avropada Ukrayna müharibəsindən yorğunluq durmadan artır. Avropanın ən böyük və ən güclü iqtisadiyyatı olan Almaniyada insanların 53%-i hazırda Ukraynaya hərbi yardım göndərilməsinə qarşıdır.
“AzPolitika” xəbər verir ki, “Körber Stiftung” mərkəzi tərəfindən bu həftə keçirilən sorğunun mediada dərc edilən nəticələrində belə deyilir.
Sorğuya görə, Kiyevə yardımı dəstəkləyənlərin payı bir il əvvəlki 59%-dən 46%-ə düşüb. Bu nəticələr son illərdə müharibədən yorğunluğun artdığını təsdiqləyir.
“Politico” yazır ki, artıq büdcə çatışmazlığı və Ukraynanın əleyhinə olan populistlərin təzyiqilə üzləşən Avropanın mərkəzçi liderləri üçün siyasi risk indi çox ciddidir. Lakin bir çox siyasətçilər Ukraynaya dəstəyi təkidlə davam etdirirlər. Onlar üçün Kiyevi maliyyələşdirmək iradəsi ölkələrindəki ictimai rəyin nə deməsindən xeyli daha vacibdir. Çünki bu, təhlükəsizlik, prinsiplər və gələcək məsələsidir.
“AzPolitika.info”


Şərhlər