Menu

Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto+Video

28.11.2026, 14:32
Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto+Video

Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Həmin ərazilərdə soydaşlarımızın izlərini silmək istəsələr də, oradakı qədim məskənlərimizi xatırlamaq və bu barədə məlumatlı olmaq hər birimizin borcudur.

"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsinin məqsədi də məhz öz yurdlarından didərgin salınmış soydaşlarımızın doğma-yurd yuvaları haqqında məlumatları gənc nəslin diqqətinə çatdırmaqdır.

"Qərbi Azərbaycanın yaddaş yerləri" "AZfront" və "Kuzari" təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin birgə layihəsidir. Layihə "Yoxa çıxmış sivilizasiya - Gözə dəyməyən fəlakət" tarixi araşdırması əsasında hazırlanıb. 2021-2024-cü illərdə aparılan çöl tədqiqatları zamanı müasir Ermənistan ərazisində vaxtilə azərbaycanlıların əcdadlarının yaşadığı 600-ə qədər kənd üzrə foto və videomateriallar toplanıb. Həmin yaşayış məntəqələrinin tarixi, əhalisi və türk mədəni-tarixi irsinin qalıqları - qəbiristanlıqlar, pirlər, məscidlər və digər abidələr barədə məlumatlar sistemləşdirilib. Layihə çərçivəsində hər kənd haqqında Azərbaycan, rus və ingilis dillərində video, həmçinin tarixi mənbələrə əsaslanan ayrıca mətn hazırlanıb. Materiallar mərhələli şəkildə kənd-kənd təqdim ediləcək.

"AzPolitika" xəbər verir ki, layihə çərçivəsində növbəti material Ayrım haqqındadır.

Kənd 1995-ci ildən Ermənistan Respublikasının Lori vilayətinin tərkibindədir.

Çar Rusiyası dövründə kənd Tiflis quberniyasının Borçalı qəzasının tərkibində olub.

Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:

1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 171 nəfər yaşayıb.

Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto/Video

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1897-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 223 nəfər yaşayıb.

1909-cu ilə olan Qafqaz təqvimi:

1907-ci ildə kənddə 390 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

1912-ci ilə olan Qafqaz təqvimi:

1911-ci ildə kənddə 360 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto/Video

1915-ci ilə olan Qafqaz təqvimi:

1914-cü ildə kənddə 381 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.

29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə, o cümlədən Gürcüstana ərazi iddiaları irəli sürməyə başlayıb. Buna görə 1918-ci ilin dekabrında erməni-gürcü müharibəsi alovlanıb.

1919-cu ilin yanvarında tərəflər arasında bağlanmış saziş nəticəsində Borçalı qəzası faktiki olaraq bölünüb: onun şimal hissəsi gürcü, cənub hissəsi erməni nəzarətində qalıb, onların arasında isə Lori neytral zonası yaradılıb. Ayrım kəndi əvvəlcə Britaniya nəzarəti altında olmuş bu zonanın hüdudlarına düşüb.

1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. 1921-ci ilin iyulunda bolşevik partiyasının Qafqaz bürosu Lori neytral zonasının Sovet Ermənistanı tərkibinə salınması haqda qərar qəbul edib.

Sovet dövründə kənd Allahverdi rayonunun tərkibində olub, rayon sonradan Tumanyan adlandırılıb.

Erməni mənbələrinin məlumatlarına əsasən, 1980-ci illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.

1920-ci illərdə kənd əhalisinin bir hissəsi köçüb və Kiçik Ayrım kəndini salıb.

Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto/Video

Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):

1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 454 nəfər yaşayıb.

1926-cı ildə kənddə hamısı azərbaycanlı olmaqla 282 nəfər yaşayıb.

1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 391 nəfər yaşayıb.

Manvelyan A.P., Martirosyan G.M. 1831-1959-cu illərdə Ermənistan SSR-in yaşayış məntəqələri və əhalisi:

1959-cu ildə kənddə 545 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.

Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto/Video

Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti:

1970-ci ildə kənddə 815 nəfər yaşayıb.

1989-cu ildə kənddə 467 nəfər yaşayıb.

"Ermənistan və ətraf vilayətlərin toponimləri lüğəti"nin 1986-cı il tarixli birinci cildində kəndin əhalisi 1970-ci il də daxil olmaqla bir sıra illərdə erməni kimi göstərilsə də, bu məlumatların doğruluğu şübhə doğurur, çünki digər erməni müəlliflər 1970-ci ildən əvvəlki eyni illərdə kəndin əhalisini azərbaycanlı kimi göstərirlər.

1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.

2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlərin gedişində kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib.

Ermənistanda Azərbaycan irsinin daha bir izi aşkarlandı: Üzə çıxan faktlar - Foto/Video

Materialın hazırlanması zamanı istifadə olunan mənbələr:

Yuxarıdakı məlumatların əsaslandırılması üçün 22 ayrıca mənbədən istifadə edilib. Onların sırasında Azərbaycan Respublikasının Dövlət Arxivinin sənədləri, İrəvan əyalətinin icmal dəftəri, Riçard Ovannisyanın "The Republic of Armenia" əsəri və digər sənədlər var. Bundan əlavə, Ayrım kəndi ilə bağlı 51 vizual material yerləşdirilib.

Xüsusi qeyd: Bu layihənin videomaterialları eksklüziv olaraq Baku TV-də yayımlanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol