ABŞ Prezidenti Donald Tramp süni intellekt (AI) ifadəsinin əvəzinə "superintellekt" terminindən istifadə edilməsini təklif edib.
Tramp bu barədə özünün "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O, ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyasının (SEC) sədri Pol Atkinsə müraciət edərək "superintellekt" termininin istifadəsini məcburi etməyi tapşırıb.
ABŞ Prezidenti "Fox News" telekanalının aparıcısı Şennon Brimi də tənqid edib. Belə ki, jurnalist süni intellektə həsr olunan proqramında "süni intellekt" ifadəsindən istifadə edib.
"Bəlkə kimsə ona izah edə bilər ki, söhbət "süni intellekt"dən deyil, "superintellekt"dən gedir?" – deyə Tramp bildirib.


Şərhlər