Menu

Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb

29.11.2026, 20:22
Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində, kənar yolda yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, qəza səbəbindən əsas və kənar yolda hər iki istiqamətdə sıxlıq yaranıb.

Hazırda polis sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol