Menu

Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub

29.11.2026, 20:42
Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub

Türkiyənin Moskvadakı səfirliyinin binasında yanğın olub.

"Report"un xəbərinə görə, bu barədə yerli media məlumat yayıb.

Yanğın səbəbindən ikimərtəbəli inzibati binadan təxminən 20 nəfər təxliyə edilib.

Məlumata görə, otaqlardan birindəki mebel yanıb. Bina səfirlik işçiləri üçün nəzərdə tutulub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol