Menu

Suraxanı və Sabunçuda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

30.11.2026, 00:22
Suraxanı və Sabunçuda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakının Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində sabah təmir işləri aparılacaq.

Bu barədəAzərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bununla əlaqədar olaraq aşağıda qeyd olunan küçələrin müvafiq hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Suraxanı rayonu, Əmircan qəsəbəsi:

1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov küçəsi ilə kəsişməsindən Nəsirəddin Tusi küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan küçəsi ilə kəsişməsindən Həmid Axundlu küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi:

Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov küçəsi ilə kəsişməsindən Əli Kərim küçəsi ilə kəsişməsinədək olan hissəsində;

Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi küçəsi ilə kəsişməsindən Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sürücülərdən qeyd olunan məhdudiyyətləri nəzərə alaraq hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələri, alternativ yollardan istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol