Menu

Müdafiə Nazirliyindən ermənilərin pilotsuz təyyarə iddiasına CAVAB

12.01.2015, 14:31
Müdafiə Nazirliyindən ermənilərin pilotsuz təyyarə iddiasına CAVAB

Azərbaycan Müdafiə Nazirliyi erməni mətbuatında bu gün cəbhə xətti üzərində Azərbaycan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatlarının uçuşlarının qeydə alınması barədə yer alan məlumatlara münasibət bildirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan öz suveren ərazilərində ixtiyarında olan istənilən texnikadan – pilotsuz uçan aparatlardan, helikopter, təyyarə, kosmik peyk və digər vasitələrdən istifadə edir.

«Bu məsələ heç kim, o cümlədən də ərazilərimizi işal etmiş Ermənistan üçün də yeni xəbər deyil. Öz ərazilərimizdə nədən istifadə edib-etməməyi separatçı-marionet rejimdən soruşmaq fikrimiz də yoxdur. İşğalçıların hərəkətinə nəzarət etmək məqsədilə Silahlı Qüvvələr silahlanmada olan istənilən qurğu və vasitələrdən istifadə edib, bundan sonra da istifadə edəcək», - deyə nazirlik bəyan edib.

Xatırladaq ki, bu gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycan tərəfinin cəbhə xəttinin bəzi sahələrində pilotsuz təyyarələrini havaya qaldırdığını bildirib.

Yada salaq ki, erməni tərəfi dünən də cəbhə xəttində döyüşlərin olması və bu zaman Azərbaycan ordusunun guya itki verməsi barədə informasiya yaymışdı.Azərbaycan Müdafiə Nazirliyi isə bu xəbəri təkzib edərək onu təxribat adlandırmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol