Dekabr ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,5 faiz bahalaşıb.
Dövlət Statistika Komitəsindən SalamNews-a verilən məlumata görə, birillik və çoxillik bitkilər 1,5 və 4,9 faiz, diri heyvanlar və heyvandarlıq məhsulları isə 0,8 faiz bahalaşıb.
Birillik bitkilərdən pomidorun istehsalçı qiyməti 11,1 faiz ucuzlaşsa da, buğda 6,4 faiz, arpa 3,1 faiz, lobya dəni 8,1 faiz, şəkər çuğunduru 20,1 faiz, kələm 3,1 faiz, kartof isə 0,6 faiz bahalaşıb.
Çoxillik bitkilərdən xurma 14,7 faiz, feyxoa 2,5 faiz, əzgil 11,5 faiz, limon 6,7 faiz, naringi 12,7 faiz, heyva 32,9 faiz, alma 2,4 faiz, armud 7,5 faiz, şabalıd 7,1 faiz, fındıq 4,6 faiz, qoz 2,9 faiz bahalaşıb. Yalnız portağalın qiyməti isə 5,0 faiz ucuzlaşıb.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal və quş əti (diri çəkidə) müvafiq olaraq 2,6 və 0,7 faiz ucuzlaşsa da, süd 0,8 faiz, diri qoyun və keçilər 0,3 faiz, qoyun və keçilərin qırxılmış yuyulmamış yunu 1,0 faiz, qoyun əti (diri çəkidə) 0,1 faiz, yumurta isə 14,4 faiz bahalaşıb.


Şərhlər