Menu

Anti-İslam aksiyaları İŞİD təhlükəsinə görə ləğv edildi

19.01.2015, 09:13
Anti-İslam aksiyaları İŞİD təhlükəsinə görə ləğv edildi

Almaniyanın Drezden şəhər polisi bütün növ kütləvi aksiyaları qadağan edib.

ANS PRESS-in məlumatına görə, buraya PEGİDA hərəkatının bazar ertəsinə planlaşdırdığı anti-İslam aksiyası da daxildir.

Qadağaya səbəb isə mümkün terror aktlarıdır.

Məlumata görə, terror təhlükəsinin arxasında İraq və Suriyada fəaliyyət göstərən İŞİD qruplaşması dayanır.

Qeyd edək ki, Parisdə "Charle Hebdo" jurnalında törədilən qətliamdan sonra Avropada anti-İslam hərəkatları aktivləşib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol