Menu

Səddam Hüseynin keçmiş əsgəri İŞİD sıralarında öldürüldü

22.01.2015, 14:06
Səddam Hüseynin keçmiş əsgəri İŞİD sıralarında öldürüldü

İraqın Ənbər şəhərində gedən döyüşlərdə İŞİD-in əsas komandirlərindən biri öldürülüb.

Musavat.com-un məlumatına görə, koalisiya qüvvələrinin hava hücumu nəticəsində xeyli sayda İŞİD-çi ölüb. Əməliyyatdan sonra əraziyə girən polis işçiləri ölən komandirin cəsədini araşdırmaq üçün xəstəxanaya göndərib. Təhqiqatlardan sonra məlum olub ki, komandirin əsl adı Mürtəza əs Səmraidir və o əvvəllər Səddam Hüseynin ordusunda xidmət edib.

2006-cı ildə İŞİD-ə qoşulan Səmrai sonra ABŞ tərəfindən həbs edilmiş, 2011-ci ildə isə həbsdən azad edilmişdi. Səmrai bir müddət əvvəl Əbubəkr əl-Bağdadinin əmri ilə İŞİD komandiri təyin edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol