Menu

ANS-in qarşısında aksiya: "Tolışi Sədo" qəzetinin baş redaktoru həbs olundu - Foto

22.01.2015, 15:24
ANS-in qarşısında aksiya: "Tolışi Sədo" qəzetinin baş redaktoru həbs olundu - Foto

"Tolışi Sədo" qəzetinin baş redaktoru Rafiq Cəlilov həbs olunub.

Hazırda baş redaktor Səbail rayon Məhkəməsinə aparılır.

Bu barədə arqument.az-a aksiya iştirakçıları məlumat veriblər.

Xatırladaq ki, bu gün bir qrup vətəndaş ANS-in efirində talış dilinə edilən həqarətə etiraz olaraq aksiya keçiriblər. Onlar öncə Fəxri Xiyanbanda Həzi Aslanovun məzarını ziyarət ediblər.

Daha sonra isə ANS-in qarşısında aksiya keçirməyə cəhd ediblər. Polis aksiyanın baş tutmasına imkan verməyib. Rafiq Cəlilov da aksiyada saxlanılıb.

[gallery ids="88186,88187,88188"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol