Menu

Yeni kral oğlunu müdafiə naziri təyin etdi

23.01.2015, 16:43
Yeni kral oğlunu müdafiə naziri təyin etdi

Kral Abdullahın həyatını itirməsindən sonra yeni Kral olan Salman bin Əbdüləziz oğlu Məhəmməd bin Salmanı müdafiə naziri təyin edib.

aznews.az xəbər verir ki, bu haqda məlumatı Kralın fərmanına əsasən Səudiyyə Ərəbistanının dövlət televiziyası yayıb.

Məlumatda deyilir ki, Kral Salman xarici işlər, neft və maliyyə kimi digər nazirliklərdə bir dəyişiklik etmədiyini bildirib.

Bu arada daxili işlər naziri şahzadə Məhəmməd bin Nayef də Vəliəhd şahzadə Mükridən sonra taxtın ikinci sıradakı varisi olaraq müəyyənləşdirilib.

Beləliklə, Kral ailəsindən üç nəfər ilk dəfə taxtın varisi olub.

Dövlət televiziyasında çıxış edən Kral Salman Səudiyyə Ərəbistanının yaradılmasından bu yana yürüdülən siyasətin dəyişməyəcəyini vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol