Menu

Azərbaycanda aksiz malların qiyməti qalxacaq

02.02.2015, 19:56
Azərbaycanda aksiz malların qiyməti qalxacaq

Martın 1-dən Azərbaycanda aksiz malların qiyməti artacaq.

Nazirlər Kabineti bu ilyanvarın 29-da müvafiq qərar qəbul edib və qanunvericiliyə əsasən qərar 30 gün sonra tətbiq edilir. Sənədə görə, yeni aksiz dərəcələri idxal edilən və vergiyə aid olan mallara şamil edilir.

Pivənin litri 1 manat, üzüm şərabı, 80 faizli spirt və 80 faizdən az spirtli içkilər, şirin şərabın litri isə 2 manat olacaq. Şampan şərabının litri isə 2,5 manat olacaq. Cin, viski, araq və likörun litri 6 manat, siqaretisə 4 manat olacaq. Həmçinin benzin, reaktiv yanacaq,motor yağları, neft koksu və bitumun qiyməti qalxacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol