Ancaq səfirliyin jurnalistə sığınacaq verməyə cəsarəti çatmayıb
ABŞ Nümayəndələr Palatasının üzvü Dana Rohrabacher ölkəsinin Azərbaycandakı səfirliyini tənqid edib. Səfirliyin jurnalist Emin Hüseynova sığınacaq verməyə cəsarəti çatmadığını deyib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Alt-komitəsində Azərbaycanla bağlı keçirilən dinləmələrdə çıxış edən Rohrabacher bildirib ki, basqılardan qurtulmağa çalışan E.Hüseynov əvvəlcə kömək üçün ABŞ səfirliyinə müraciət etsə də, qəbul edilməyib. Ona sığınacağı İsveçrə səfirliyi verib.“Məncə bu, kədərli bir gündür, çünki isveçrəlilər amerikalılardan daha cəsarətli çıxdılar” – deyə o, təəssüflənib.
[caption id="attachment_94464" align="alignleft" width="268"]

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri olan E.Hüseynov vergidən yayınma və qanunsuz sahibkarlıqda ittiham edilir. Beynəlxalq hüquq müdafiə təşkilatları isə tənqidi mövqeyinə görə hökumətin onu susdurmağa çalışdığını deyirlər.
ABŞ vətəndaşı ilə ailəli olan E.Hüseynovun həbs edilmək təhlükəsi yaranantək ABŞ səfirliyinə müraciət etdiyini “Foreign Policy” iddia edir. Dərgi onun avqustdan bəri İsveçrə səfirliyində gizləndiyini yazır. Sonuncu məlumat İsveçrə televiziyasında da verilib. Məlumata görə, E.Hüseynov polis tərəfindən həbs olunmasın deyə səfirliyə gələrkən özünü İsveçrə vətəndaşı kimi təqdim edib.

Həmin rəsmi onu da bildirib ki, ABŞ “uzun müddətdir Emin Hüseynov və onun mülki cəmiyyətdəki mühüm rolunu dəstəkləyir” və “onun düşdüyü vəziyyədən çox narahatdır”.
Emin Hüseynov 2008-ci ildə də polis tərəfindən döyülmüş, xəstəxanaya düşmüşdü.
Fevralın 12-də ABŞ Nümayəndələr Palatasının üzvü Chris Smith də Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək Emin Hüseynova İsveçrə səfirliyindən təhlükəsiz şəkildə çıxmaq və Azərbaycanı tərk etmək üçün şərait yaratmağa çağırıb.
Smith deyib ki, E.Hüseynovun başına gələnlər əslində Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı genişmiqyaslı basqıların tərkib hissəsidir.
Qərargahı Amerikada yerləşən Jurnalistləri Müdafiə Komitəsi də Azərbaycan hökumətini E.Hüseynovla bağlı cinayət işini ləğv etməyə, ona təzyiqdən, həbsdən ehtiyat etmədən işləmək, səyahət etmək imkanı yaradılmasına çağırıb.
[caption id="attachment_94466" align="alignleft" width="300"]

Təşkilatın Avropa və Mərkəzi Asiya Proqramının koordinatoru Nina Ognianova deyib ki, jurnalist və insan haqları müdafiəçisinin xarici ölkə səfirliyinə sığınmağa məcbur olması Azərbaycan üçün utancvericidir.
Qeyd edək ki, İsveçrə jurnalistlərinin yaydığı xəbərə əsasən, Emin Hüseynov, ehtimal olunduğu kimi, İsveçrənin Bakıdakı diplomatik missiyasındadır. İsveçrə telekanalının efirə hazırladığı verilişdə Emin Hüseynovun “səfirlik sığınacağı”nın detalları açıqlanır.
“2014-cü ilin avqustu idi. Hər dəqiqənin əhəmiyyəti var idi. Emin Hüseynov özünü İsveçrə vətəndaşı kimi qələmə verərək polisin təqibindən yaxa qurtara bildi” - hüquq müdafiəçisi Florian İrminger dramatik hadisələri İsveçrə telejurnalistinə belə təsvir edir və bildirir ki, həmin vaxtdan Emin səfirliyin binasında gizlənir.
“Rundscahu”nun rəsmi sorğusuna cavab verən İsveçrə Xarici İşlər Nazirliyi bildirib ki, Emin Hüseynova “humanitar əsaslarda” sığınacaq verilib. “O vaxtdan biz Azərbaycan hökuməti və rəsmiləri ilə çıxış yolu tapmaq üçün məsələni müzakirə edirik” - Xarici İşlər Nazirliyinin yazılı cavabında bildirilir.

“Azərbaycana mütəmadi səfərlər edən İsveçrə nazirlərinin marağındadır ki, ölkənin şirkətləri Azərbaycanla əməkdaşlıqdan imkan daxilində çox bəhrələnsin” deyə “Rundschau”nun Emin Hüseynov haqda verilişinin anonsunda bildirilir.

M.Hüseynov bildirdi ki, E.Hüseynovun İsveçrə səfirliyində olub-olmaması barədə yüz faizlik cavabı yoxdur: “Mənim özümə də maraqlıdır ki, İsveçrə kanalı o xəbəri niyə yayıb... Amma onu deyə bilərəm ki, ata-anası ilə də əlaqə saxlamır. İndi bu mövzunu kim ortaya buraxıb, deyə bilmərəm. ”Yeni Müsavat" bir ay bundan qabaq da bu mövzu ilə maraqlanırdı. Hamı zatən bilirdi, söhbət gəzirdi ki, ordadır. İndi niyə yenidən bu mövzu aktuallaşdı, mənə maraqlıdır".
Xatırladaq ki, Emin Hüseynov barəsində Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla, 19 avqust 2014-cü il tarixdə məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilərək axtarış elan edilib.

“7 iyul 2014-cü il tarixindən etibarən Emin Hüseynov dəfələrlə ünvanına çağırış vərəqələri göndərilməklə istintaqa dəvət edilsə də, qaçaraq İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı səfirliyində gizlənib.Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər bir vətəndaşın təqsirsizlik prezumpsiyası hüququ var.
Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir", - deyə H. Hacıyev vurğulayıb.
Onu da qeyd edək ki, Emin Hüseynovun İsveçrə səfirliyinə sığınması ilə bağlı hələ ötən ilin avqustunda ilk dəfə “AzPolitika.info” saytı məlumat yaymışdı. Saytımızda bunun necə baş verdiyinə dair MƏQALƏ də dərc olunmuşdu.
Bizə verilən məlumatda bildirilirdi ki, E.Hüseynov səfirliyin əsas qapısından mühafizə polisinin gözü qarşısından keçərək asanlıqla səfirliyə daxil olub. Buna isə o, çox sadə şəkildə – xarici görünüşünü dəyişərək müvəffəq olub. Bildirilir ki, saçını saraldaraq, həmçinin geyimini tam avropasayağı dəyişərək səfirliyin qapısına yaxınlaşan E.Hüseynovu onu gözləyən əməliyyatçılar tanıya bilməyiblər. Mühafizə polisinə də xarici dildə bir-iki söz deyən hüquq müdafiəçisi onu aldadaraq əsas qapıdan içəri daxil olub. Əməliyyat qrupunun üzvləri isə onu yalnız mühafizə polisinin yanından keçəndən bir-iki addım sonra tanıyıblar ki, bu zaman da artıq gec olub və onların səylərinə baxmayaraq, E.Hüseynov az qala qaçaraq, səfirliyin binasına girib. Həmin vaxtdan da orda qalır.
Rasim Əliyev
AzPOLİTİKA.İNFO

Şərhlər