“Əgər söhbət strateji cəhətdən mühüm sayılan bir şəhərin zəbt olunmasından gedirsə, onda hansı sülhdən və ya ağır texnikanın geri çəkilməsindən danışmaq olar?” Bu fikirlər Almaniyanın “Deutsche Welle” dalğasının yaydığı “Minsk razılaşması Debaltsevoda güllələnib” başlıqlı yazıdan götrülüb.
“AzPolitika.info”-nun məlumatına görə, yazıda daha sonra bildirilir: “Minsk razılaşmasına və sülh prosesinin başlanmasına baxmayaraq Donetskin şimalında yerləşən Debaltsevo şəhəri separatçılar tərəfindən reaktiv yaylım atəşi sistemləri ilə bombalanır. Hətta Minskdə danışıqlar gedən zaman da gərginliyin azalcağına olan ümüdlər kövrək idi.

Bütün baş verənlərin hamısı Rusiyanın xeyr-duası ilə həyata keçirilib. Bunu Macarıstandakı jurnalistlər qarşısında çıxış edən Vladimir Putinin təxribatçı bəyanatları, danışıq tərzi də sübut edir.
Belə ki, Putin faktların bilərəkdən təhrif edərək, Debaltsevodakı qanlı qırğınların bütün günahını Kiyev rəhbərliyinin üzərinə yıxmağa çalışdı. Hətta, Putin utanmadan Ukrayna ordusundan təslim olmağı da tələb etdi. Onun bu hərəkəti isə separatçıların təcavüzkar planlarının Rusiya prezidenti tərəfindən müdafiə olunmasının bariz nümunəsidi.

Hazırda Ukrayna əsgərləri ən müasir rus silahları ilə təchiz olunmuş separatçılarla apardıqları uzun və ağır keçən döyüşlərdən sonra Debaltsevonu tərk etmək məcburiyyətində qalıblar. Debaltsevo məğlubiyyətindən sonra Poroşenkoya ölkə içindən olan təzyiqlər də artmağa başlayıb.
Belə güman etmək olar ki, ukraynalıların çoxu yalnız öz gücləri hesabına bu müharibədə qalib gələ bilməyəcəklərini anlayırlar. Əgər ruspərəst qruplar Debaltsevodan sonra dayanacaqlarsa, onda Minsk razılaşmasının reallaşma şansı qalacaq. Lakin üfüqdə növbəti təhlükələr görünür.

Debaltsevodakı hadisələr təkcə diplomatik danışıqlar yolu ilə təcavüzkarın durdurulmasının mümkün olmayacağını bir fakt kimi sübut etdi. Əgər separatçılar Xarkov və ya Mariupol şəhərlərinə doğru hərəkət etməyə başlasalar, onda Ukraynaya silah verilməsi məsələsinə mütləq baxmaq lazımdır.
Bununla yanaşı, əsas məsələ, separatçıların havadarı olan Rusiyaya qarşı yeni sanksiyaların hazırlanmasıdır.Avropa diplomatiyası artıq mümkün olan dözüm həddinin astanasına gəlib çatıb”.
Vaqif
AzPolitika.info


Şərhlər