Menu

Ukrayna Maydan toqquşmalarının qurbanlarını anır

20.02.2015, 18:39
Ukrayna Maydan toqquşmalarının qurbanlarını anır

[caption id="attachment_96528" align="alignleft" width="300"] Maydan toqquşmalarında həlak olanların əksəriyyəti snayperlə vurulub. Bir neçə uniformalı polisin isə etirazçılara atəş açdığı lentə alınıb[/caption]

Ukrayna paytaxtı Kiyev keçmiş prezident Viktor Yanukoviçin devrilməsi ilə nəticələnən etirazçılarla polis arasındakı toqquşmaların ildönümünü qeyd edir.

Bir il öncə Maydanda - Kiyevin mərkəzi Müstəqillik Meydanında baş vermiş zorakılıq nəticəsində 100-dən çox insan həlak olub.

Yanukoviçin əleyhinə olan və "AvroMaydan inqilabı" adlandırılmış üsyan zamanı böyük izdiham Avropa İttifaqı ilə pakt tələb edirdi.

Avropapərəst Prezident Petro Poroşenko ölkənin şərqindəki uğursuz münaqişənin ardından xalqa müraciət edəcək.

Rusiyapərəst üsyançılar iki gün əvvəl onun qoşunlarını vacib Debaltseve şəhərindən çıxardıblar.

Gec saatlarında isə Maydanda şeir, konsert, milli himni ifa edəcək xor və Ukrayna Milli Simfonik Orkestrinin ifasında Motsartın Rekviyemi səsləndiriləcək.

Moskvanın siyasi müttəfiqi olan cənab Yanukoviç 2014-cü ilin fevralında ölkəni tərk edib, lakin tezliklə Rusiyanın cənubundakı Rostov-na-Donu şəhərində üzə çıxıb.

Cənab Yanukoviç "qanunsuz çevriliş" nəticəsində devrildiyini bildirərək buna görə Kiyevdə hakimiyyəti ələ keçirmiş "faşistləri" günahlandırmışdı.

2013-2014-cü ilin sərt qış vaxtı Maydanda məskunlaşmış etirazçılar qurduqları barrikadalar və yandırdıqları təkərlərlə polisi kənarda saxlamağı bacarmışlar.

Maydan toqquşmalarında həlak olanların əksəriyyəti snayperlə vurulmuş, bir neçə uniformalı polisin isə etirazçılara atəş açdığı lentə alınıb.

Fevralın 12-də Minskdə müharibədən əziyyət çəkən Şərqi Avropa üçün imzalanmış atəşkəs kövrək görünür. Belə ki, bəzi bölgələrdə atışma hələ də davam edir. Üsyançıların intensiv bombalaması nəticəsində çərşənbə günü təxminən 2,500 dövlət qoşunu Debaltseve şəhərindən geri çəkilməyə məcbur olub və onlarla şəxs təslim olub.

Debaltseve yaxınlığındakı Çernuxino kəndi də indi üsyançıların nəzarətindədir, Kiyev tərəfindən Luhanska təyin edilmiş qubernator Gennadi Moskal, cümə günü bildirib.

Ukrayna hökuməti, Qərb liderləri və NATO bildirir ki, Rusiyanın üsyançılara ağır silah və əsgərlərlə kömək etməsinə dair aydın dəlillər var. Müstəqil ekspertlər bu ittihamları təkrarlayırlar. Moskva bunu inkar edir və israr edir ki, üsyançılarla birgə vuruşan bütün ruslar “könüllüdür”. /BBC

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol