Menu

“Donbas əməliyyatına Putin rəhbərlik edir” - General

21.02.2015, 12:38
“Donbas əməliyyatına Putin rəhbərlik edir” - General

“Vladimir Putin Donbasda əsas proseslərə birbaşa nəzarət edir”. Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri general Nikolay Malomuj çıxış edib.

O, Putinin Ukraynada hansısa xırda məsələlərlə maraqlanmadığını bildirib:

“Qlobal miqyasda olacaq problemlər Putinin nəzarətindədir. Əgər hansı problemlər çıxsa, o zaman onun əlində Federal Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi, Baş Qərargah vasitəsilə məsələni nəzarətdə saxlamaq üçün geniş imkanlar var. Hazırda Donbasdakı bütün əməliyyatlara tam olaraq Putin nəzarət edir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol