Rusiya müxalifətinin lideri Boris Nemtsovun öldürülməinin səbəb ilə bağlı yeni məlumat yayılıb. Rusiya mətbuatının məlumatına görə, müxalif siyasətçi İlya Yaşin ölümündən əvvəl Nemtsovun əlində maraqlı materialların olduğunu deyib. Yaşin bildirib ki, sonuncu dəfə Nemtsovla görüşəndə o, “Putin və müharibə” adlı kitab yazmaq planından danışıb. Onun sözlərinə görə, Nemtsovun əlində Ukrayna ərazisində rus Silahlı Qüvvələrinin iştirakını sübut edən təkzibedilməz materiallar olub və siyasətçi onları dərc etməyi planlaşdırmışdı.


Şərhlər