Ermənistan ordusu cəbhə xəttində ağır itki verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, dünən saat 14:25 radələrində Qarabağın şimal-şərq hissəsində 2 erməni əsgəri öldürülüb.
Belə ki, 1979-cü il təvəllüdlü hərbçi Artak Aqekyan və 1995-ci il təvəllüdlü Hayk Baroyan öldürülüb.
Erməni mətbuatı da Ermənistan ordusunun cəbhə xəttində növbəti dəfə itki verməsi ilə bağlı məlumat yayıb. News.am-a istinadən xəbər verir ki, itkilər 28 fevral, saat 14:25-də Qondarma Dağlıq Qarabağın şimal-şərq hissəsində qeydə alınıb.
Qeyd edək ki, son aylar erməni hərbi birləşmələr Azərbaycan Ordsunun mövqelərinə kəşfiyyat-təxribat hücumları həyata keçirirlər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. 2014-cü ildən bu yana Ermənistan silahlı qüvələri 100-dən çox itki verib.
Bu arada Qarabağ bölgəsində ölmüş 19 yaşlı erməni əsgər Albert Safaryanın valideynləri intihar versiyasına inanmadıqlarını açıqlyıblar. Ölən əsgərin atası E.Safaryan bildirib ki, onun oğlu intihar etməyib, Safaryanı əsgər yoldaşları öldürüblər.
"Mənə dedilər ki, oğlum intihar edib və məktub qoyub. Amma məktubu mənə göstərmədilər. Məktubda yazılanları mənə şifahi olaraq dedilər. Guya oğlum məktubda yazıb ki, ailəsində problemləri olduğuna görə intihar edib. Buna inanmıram, əlimdən gələni edəcəm ki, həqiqəti üzə çıxarım", - deyə ata Safaryan bildirib.
Qeyd edək ki, Ermənistan İstintaq Komitəsi erməni əsgər Albert Safaryanın ölümü ilə bağlı açıqlama yaymışdı. Bildirilirdi ki, Safaryan avtomatdan çənəsinin altına güllə atıb. İstintaq Komitəsi hadisə ilə bağlı intihara çatdırma maddəsi ilə cinayət işi açıb.

"Bu gün biz yeni hərbi şəhərciyin açılışında iştirak edirik. Son bir neçə ay ərzində artıq 3-cü hərbi hissənin açılışı həyata keçirilir. Plana uyğun olaraq bu il daha bir neçə hərbi hissənin açılışı nəzərdə tutulub. Ölkə rəhbərliyi Silahlı Qüvvəllərin inkişafını ən mühim istiqamətlərdən biri hesab edir. Ordumuz müasir silah və texnika ilə təchiz olunur, şəxsi heyətin sosial bazasının möhkənləndirilməsi məqsədilə yeni hərbi şəhərciklər, xidməti mənzillər tikilərək əsgər, gizir və zabitlərin istifadəsinə verilir. Bütün bunlar Ali Baş Komandanın Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğının nəticəsidir”, - deyə o vurğulayıb.
Nazir qeyd edib ki, Azərbaycan xalqının və dövlətinin bir problemi var, bu da Dağlıq Qarabağ problemidir. Bu məsələnin müsbət həll olunması istiqamətində mühüm işlərin görüldüyünü deyən Z. Həsənov qeyd edib ki, Silahlı Qüvvələrin möhkəmləndirilməsi dövlətin prioritet sahələrindən ən vacibidir.
“Son vaxtlar Silahlı Qüvvələrimiz döyüş hazırlığını artırmaqla, döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaqla düşmən üzərində üstünlüyə nail olmaq vəzifəsini layiqincə yerinə yetirir. Bu günlərdə xalqımız Xocalı faciəsinin anma tədbirlərini keçirdi. Biz hamımız, xüsusilə Silahlı Qüvvələrimizin şəxsi heyəti, xalqımıza qarşı törədilən bu soyqırımı heç vaxt unutmamalıyıq. Biz əminik ki, Xocalı faciəsini törədənlər mütləq ədalət məhkəməsi qarşısında cavab verəcək və cinayətkarlar layiqli cəzalarını alacaqlar. Silahlı Qüvvələr güclü və möhkəm olmalıdır ki, xalqımız bir daha belə vəhşiliklə üzləşməsin. Biz öz döyüş imkanlarımızı və hazırlığımızı artırmaq məqsədilə silahlarımızı elə dərindən öyrənməliyik ki, xalqımızı qoruya bilək, düşmənə dağıdıcı zərbə endirməklə torpaqlarımızı işğaldan azad edək. Artıq torpaqlarımızın azad olunacağı gün yaxınlaşır. Biz hər gün, hər an, hər təlimdə Silahlı Qüvvələrimizi möhkəmləndirməklə bu günü daha da yaxınlaşdırırıq. Mən bu yeni hərbi şəhərcikdə sizə xidmətinizdə uğurlar arzulayıram. Arzu edirəm ki, yüksək səviyyədə təşkil olunmuş bu hərbi şəhərcikdə döyüş hazırlığınızı daim təkmilləşdirəsiniz və hərbi hissənin qarşısına qoyulan tapşırıqları hər an operativ şəkildə yerinə yetirməyə tam hazır olasınız!", - deyə o vurğulayıb.
Rasim
AzPolitika.info


Şərhlər