UNUDULMUŞ XALQIN FACİƏSİ: Rohincələrin genosidi

Dərc olunub: 07/09/2017 - 22:38

mirzeMirzə AĞ

Bu yazı təxminən 1 il bundan əvvəl “AzPolitika.info” saytında dərc olunub. Bu gunlərdə Myanmada (Birmada) bas verənlər gostərir ki, ötən müddət ərzində bu ölkədə müsəlmanların – rohincələrin  həyatında müsbətə doğru heç bir dəyişiklik baş verməyib ki, bu da təsadüf yox, əksinə, ABŞ və müttəfiqlərinin (imperialist dünyasının) incəliyinə qədər düşünülmüş qlobal-eksponsionist -anti-islam siyasətinin tərkib hissəsidir. Aktuallığını nəzərə alıb, yazının təkrar dərc edirik.

***

XMyanmar-Muslims-Seek-Refuge-8_1425883243XI əsrin ən müdhiş faciələrindən biri də Birmadakı müsəlmanların – rohincələrin genosididir. Onların müsəbətli günləri 1962-ci ildən, Birmada hərbi xunta çevriliş yolu ilə hakimiyyəti qəsb etdikdən sonrakı dövrdə başlanıb. Xeyli düşündürücüdür ki, həmin vaxtdan günümüzə qədərki dövr ərzində bu xalqın başına gətirilən olmazın müsibətlər dünya ictimaiyyətinin, xüsusilə də İslam dünyasının diqqətindən demək olar, tamamilə kənarda qalıb. Bunun qarşılığında isə imperialits güclər, nüfuzlu siyasətçilər və din xadimlərinin bir çoxu «erməni genosidi» kimi axmaq-absurd söhbətlərlə dünyanın başını qatmaqla məşğul olublar.

Biz susuruq…

Azərbaycanımızda da bu mövzu «yiyəsiz»lər sırasında qalmaqda davam edir. Ölkə KİV-ni izlədiyim bir neçə ildə Azərbaycan mediasının rohincə genosidinə yer ayırdığının, dindarlarımızın buna qarşı səs ucaltdığının şahidi olmadım. Bu, məni bərk ağrıtdı. Bir vaxtlar rus-erməni hərbçiləri ilə üz-üzə qalmış əliyalın Azərbaycan insanının dünya müsəlmanlarından umduğu nəsnələri xatırlamalı oldum – üzüldüm!
Rohincə faciəsinə yönəlik Azərbaycan dindarlarının, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) və şəxsən «Bütün Qafqazın şeyxi»nin nümayiş etdirdiyi susqunluq heç başa düşülən deyil. Belə passivlik olduqca maraqlı düşüncələrə yol açır – sanki Azərbaycanda dini idarələrin və din xadimlərinin İslam ümmətinə xidməti təkcə ölü basdırmaqan, ehsanda «iştirak vermək»dən, dua yazmaqdan ibarət imiş…

Kadırov etiraz səsini ucaldır!

Rohincə genosidinə yönəlik Azərbaycanımızın nümayiş etdirdiyi susqunluq fonunda, Çeçenistan prezidenti Ramzan Kadırovun 2012-ci ildə yüksələn «haray nidası» gecə səmasında şimşək təəssüratı yaradır, bu cavanın şəxsiyyətinə böyük ehtiram hissi oyadır. Məlumdur ki, Kadırov hələ 2012-ci ildə, rohincə genosidinin növbəti dalğası başlanarkən, bu xalqın müdafiəsi üçün Rusiya prezidenti Vladimir Putinə müraciət edib.
13 avqust 2012-ci ildə Rusiya KİV-də dərc olunmuş həmin müraciətdə deyilir: «Rusiya və digər ölkələrin müsəlmanlarının mənə göndərdiyi çoxsaylı müraciətlərdə Myanmada baş verən qanlı hadisələrdən söhbət açılır. Bu, gerçək bir genosiddir və biz orada cərəyan edənlərə reaksiya verməyə borcluyuq… Uzun illər ərzində bu ölkədə (Birma nəzərdə tutulur – M.A.) milli və dini mənsubiyyətinə görə insanların kütləvi surətdə məhv edilməsi prosesi gedir. Prosesin qurbanları isə müsəlman rohincələrdir. Myanma hakimiyyəti rohincələri emiqrant elan etməklə, faktiki olaraq onların sistematik halda güllələnməsinə, qadınlarının, uşaqlarının, qocalarının tonqallarda yandırılmasına şərait yaradıb. KİV-in məlumatına görə, qurbanların sayı minlərlə ölçülür. Yüz minlərlə rohincənin faciəsi barədə müsəlman ölkələri və bütün dünya bilir. Amma müvafiq reaksiya yoxdur. Beynəlxalq hüquq-müdafiə təşkilatları da həyacan təbili çalmırlar və Birma müsəlmanlarının diskriminasiyasına və kütləvi məhvinə göz yumurlar…».

Qazaxların səsi…

Bir rusdilli qazax saytında (azan.kz) Qazaxıstan müsəlmanlarının rohincə genosidinə etirazını əks etdirən kollektiv müraciət formasını («petitsiya») oxudum. «Müsəlman-rohincələrin genosidini durduraq» başlıqldı həmin müraciətin mətnini oxucuların diqqətinə çatdırmaq ehtiyacı hiss edirəm.
Mətndə deyilir: «Myanmanın mövcud rejimi uzun illərdir ki, rohincə xalqına qarşı aparteid, diskriminasiya və genosid siyasəti həyata keçirir. 2012-ci ilin yayında hakimiyyət dairələrinin xeyir-duası, bəzi hallarda isə birbaşa iştirakı ilə bu qırğın yenidən vüsət alıb. Buddistlər, 800 min müsəlman-rohincənin yaşadığı Rakxan ştatında özbaşınalıq edirlər. Bəzi məlumatlara görə, bu günə qədər burada 20 mindən artıq müsəlman öldürülüb, yüz minlərlə qaçqın isə hər cür köməkdən məhrumdur. Beynəlxalq təşkilatlar və ictimai xadimlər rohincə müsəlmanların təqibinə son qoyulmasına çağırışlar edirlər. Human Rights Watch təşkilatı Birma təhlükəsizlik qüvvələrini rohincələrin kütləvi qətlində, zorlanmasında və həbsində günahlandırıb. Eyni zamanda, Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Human Rights Watch, Şimali Afrikanın İslam cəmiyyəti (İSNA), Səudiyyə Ərəbistanı hökuməti, Hindistanın bir sıra müsəlman və buddist təşkilatları və s. Birma hakimiyyətinə müraciətlər ediblər. Fəqət, buddistlər və onların liderləri bu genosidi dayandırmaq barədə düşünmürlər.
BMT meyarlarına görə, müsəlman rohincələr dünyada ən çox təqib olunan azlıqlarından biri sayılır. Çünki onlar öz vətənlərində güclü diskriminasiya ilə üzləşirlər. 1982-ci ildən – Birmanın vətəndaşlıq haqqında Qanununa edilən dəyişiklik anından başlayaraq, onlara vətəndaşlıq verilməsindən imtina olunur. Müsəlman rohincələr öz doğma vətənlərində qeyri-leqal immiqrant hesab olunurlar.
Bütün bu çalışmalarınıza görə, sizə təşəkkür edirik, qoy Böyük Yaradan xoşməramlı əməllərinizin əvəzini versin! Bizim səsimiz situasiyanı dəyişə bilər. Hər bir səs kiminsə həyatını xilas edə bilər…».

Bir qədər də tarix…

Arakan (hazırda – Rakhayn) əyalətində yaşayan müsəlman rohincələr dövrümüzün unudulmuş xalqlarından biridir.
«Rohincə» kəlməsi Arakanın qədim adı olan «Rokhanc» sözündəndir. Banqladeşlə həmsərhəd olan bu əyalətdə əsas iki etnik cəmiyyət – rakhayn buddistləri və müsəlman rohincələr yaşayır.
Rohincələrin sayı 3,5 milyona yaxındır. Etnik təmizləmə və təqiblərin nəticəsində bu xalqın böyük hissəsi öz ev-eşiyini ataraq, Banqladeşə, Pakistana, Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Tailanda və Malayziyaya qaçmağa məcbur olub.
Bəzi tarixçilər hesab edirlər ki, Arakanda məskunlaşmış ilk müsəlmanlar ərəblər olublar. Onlar buraya 7-ci əsrin sonlarında Mühəmməd ibn Hənəfiyyənin başçılığı altında gəliblər. O, islamı qəbul etmiş Kayyapuri kraliçası ilə evlənib. Bundan sonra Kayyapuri əhalisinin əsas hissəsi də islamı qəbul edib.
Yüz illər ərzində burada müsəlman rohincələr rokhayn buddistləri ilə nisbi dinclik şəraitində yaşayıblar. Amma İkinci dünya müharibəsi zamanı vəziyyət dəyişib. Nəticədə, iki etnik cəmiyyət arasında üçüncü tərəflər, əsasən də Britaniya racaları tərəfindən qızışdırılan toqquşmalar başlayıb.
28 mart 1942-ci il talanları zamanı 100 minə yaxın rohincə öldürülüb, 80 min nəfər isə doğma yerləri tərk edib. Həmin vaxtdan başlayaraq, iki xalq arasında münasibətlər tamamilə korlanıb.
Birma müstəqillik əldə edəndən sonra, 1948-ci ildə buradakı müsəlmanlar muxtariyyət tələbi ilə uğursuz silahlı üsyan təşkil ediblər. Nəticədə, burada islama tapınan insanların kütləvi repressiyası başlanıb, müsəlmanların əksəriyyəti hakimiyyətdəki bütün postlardan, hətta mülkiyyətdən belə, məhrum olublar.
1962-ci ildə ölkədə hərbi diktatura yarandıqdan sonra Arakan müsəlmanları «qeyri-qanuni immiqrant» elan olunublar. Guya onlar Birmaya Britaniya ağalığı illərində köçüblər.
Hökumət, rohincələri faktiki olaraq Birmadan qovmağı qarşısına məqsəd qoyub və bu yolda ilk addım kimi onları vətəndaşlıqdan məhrum edib. Beləliklə, 1974-cü ildə bu xalqın nümayəndələri öz doğma vətənlərində «əcnəbi»yə çevriliblər.
Təqiblər günümüzdə də davam edir. Son günlər KİV-in yaydığı məlumatlar vəziyyətin bir qədər də pisləşdiyindən xəbər verir. Hakimiyyət tərəfindən köç etməyə təhrik olunan minlərlə rohincə qaçqınını daşıyan qayıq və gəmilər Tailandın, Malayziyanın sahil sularında «sərgərdan dolaşır», bu bədbəxt insanlar Tailanda, Malayziyaya buraxılmadan, geri qaytarılır! Həm də hamı anlayır ki, onları həmin «geri»də nələr gözləyir. Hətta yayılan son məlumatlarda bildirilir ki, Tailandın Birma ilə sərhədyanı ərazilərində polis kütləvi «miqrant məzarlığı» aşkar edib!

İbrət!

İbrət götürüləsi təkcə bunlar deyil. Azərbaycan Respublikasının əhalisi də demək olar, müsəlmanlardan ibarətdir. Ölkəmizdə də 100 minlərlə insan İslam dininə tapınmağı ilə fəxr edir. Bir çoxu da həcc ziyarətinə baş vurur. Elələri də olur ki… 26 dəfə həccə «gedib-gəlir». Fəqət, şərt neçə dəfə həccə gedib-gəlməkdən ibarət deyil. Yəni ki, öz ölkəsində «minbir üsul»la para toplayıb, onu Səudiyyədə xərcləmək hələ imana yüksəlmək demək deyil. Gərək, bir az da mənəviyyat olsun…
Gəlin, diqqət yetirək. Bizim susqunların həcc ziyarəti adı ilə Səudiyyədə xərclədiyi pullar bəs, hara yönəldilir? Özünüzə əziyyət verib, baş sındırmayın – bombaya çevrilir və Yəmən müsəlmanlarının başına yağdırılır! Birmadakı «budda övladları» da arın-arxayın, müsəlman rohincələrin nəfəsini kəsir – çünki onları yiyəsiz sayır!

İndi isə gəlin düşünək. Sabah-biri gün rohincə aqibəti qismətimiz olsa, biz nə edərik?!

Di gəlin, səsimizi qaldıraq: «Ehey, rohincə genosidini dayandırın!»


loading...




Fikrinizi bildirin