“Dağlıq Qarabağ münaqişəsinn ölü nöqtədən çıxarılmasının vaxtı yetişib”

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortu qəbul edib.

XİN-nin Mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Filip Lefort regiona son səfəri, eləcə də rəsmilərlə keçirdiyi görüşlər barədə məlumat verib. O, Avropa İttifaqının regionun inkişafında, stabilliyin qorunub saxlanılmasında maraqlı olduğunu, Azərbaycanla ikitərəfli formatda müxtəlif sahələrdə əməkdaşlığın inkişafına xüsusi önəm verdiyini də deyib.

E.Məmmədyarov, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinin hazırkı vəziyyəti, keçirdiyi son görüşlər barədə məlumat vermiş və bu münaqişənin ədalətli həlli perspektivləri ilə bağlı ölkəmizin haqlı mövqeyini Avropa İttifaqı rəsmilərinin diqqətinə bir daha çatdırıb. Nazir münaqişənin həllinin ölü nöqtədən tərpənməsi üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həllinin regionun inkişafına verə biləcəyi töhfələr barədə də ətraflı fikir mübadiləsi aparılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar