İsrailli nazir: “İndiyə qədər çoxlu sayda ərəb öldürdüm”

İsrailin Baş naziri Binyamin Netanyahunun koalisiya hökumətində təmsil olunan həddindən artıq sağçı İqtisadiyyat naziri Naftali Bennett qorxunc açıqlama verib.

ANS PRESS-in İsrailin “Yediot Ahronoth” qəzetinə istinadən verdiyi məlumata görə, nazirin keçən həftə nazirlər heyətinin toplantısında, “Mən çoxlu sayda ərəb öldürdüm” – dediyi ortaya çıxıb.

Qəzetin xəbərinə görə, Bennett bu sözləri nazirlər kabinetində İsrail hökumətinin 104 fələstinli məhkumu azadlığa buraxmaq barədə qərarının müzakirəsi zamanı deyib. O, bildirib ki, əgər terroristləri görsəniz, yalnız öldürərsiniz.

Milli Təhlükəsizlik məsələləri üzrə məsləhətçii Amidror, bunun qeyri-qanuni olduğunu deyib. Benett isə cavabında, “İndiyə qədər çoxlu sayda ərəb öldürdüm. Bunda heç bir problem yoxdur” – deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar