"HAFKA" FRANSANI YENİDƏN "HEYRƏTƏ" SALIB...- Stadionda azerkeşlərə pul paylayıb-VİDEOLAR

"Onları “Hafka”nın stadiona gəlişini ayaq üstə alqışlamağa və “Lans”ın uduzmasına baxmayaraq mahnı oxumağa sövq edən əslində 100 avroluq kupyurlar imiş"

Azərbaycanlı milyarder, nəqliyyat naziri Ziya Məmmədovun biznes ortağı, “Baghlan Group” holdinqinin sahibi Hafiz Məmmədovun yenidən Fransa mediasının “qəhrəmanına” çevrildiyi haqda xəbər vermişdik.

Virtualaz.org saytı xəbər verir ki, H.Məmmədov ötən il aldığı “Lans” klubunun Fransa Kuboku yarışları çərçivəsində rusiyalı oliqarx Dmitri Rıbolovlevin I liqada oynayan “Monako” klubu ilə qarşılaşmasına tamaşa etmək üçün bu ölkəyə getmiş və dərhal da fransız mediasının “qəhrəmanına” çevrilmişdi.

Fransanın çoxsaylı nəşrləri bu oyundan və “Hafka”nın səfərindən fürsət kimi istifadə edərək onun milyardlarının şübhəli mənşəyindən, özünü gözə soxmaq üçün sağa-sola bahalı hədiyyələr paylamasından və s. yazmağa başladı.

Xatırladaq ki, H.Məmmədovun II liqada oynayan klubu “Monako”ya 0:6 hesabı ilə uduzmuş və milyarder oyunla bağlı “Lans” klubunun internet saytına açıqlamasında bunları demişdi: “Bu gün mənim ən çox diqqətimi cəlb edən “Lans”ın azarkeşləri oldu. Hətta hesab “Monako”nun xeyrinə 5:0 olanda da onlar ruhdan düşmür və mahnı oxuyurdular. Sübut olundu ki, “Lans”ın azarkeşləri ən yaxşı azarkeşlərdir. Mən gözəl futbol atmosferinin şahidi oldum”.

“Lans” klubunun internet saytında H.Məmmədovun həmin oyuna baxmaq üçün çoxsaylı mühafizəçilərinin müşayiəti altında stadiona daxil olmasını və tribunadan tamaşaçıların onu alqışladığını əks etdirən videokadrlar da var.

Ancaq indi məlum olur ki, tamaşaçılar H.Məmmədova heç də havayı əl çalmır və “Lans”ın biabırçı hesabla “Monako”ya uduzmasına baxmayaraq boş yerə mahnı oxumurlarmış. Onları “Hafka”nın stadiona gəlişini ayaq üstə alqışlamağa və “Lans”ın uduzmasına baxmayaraq mahnı oxumağa sövq edən əslində 100 avroluq kupyurlar imiş.

Virtualaz.org saytı ötən həftə xəbər vermişdi ki, Fransanın idman saytlarından biri “Monako”-“Lans” oyununun keçirildiyi “Stade Louis II” stadionunda “Lans”ın təxminən 1500 azarkeşinin olduğunu, onların H.Məmmədovun ayırdığı pullar hesabına xüsusi avtobuslarla stadiona gətirildiyini yazmışdı.

Yazıda bildirilirdi ki, bu işi “Hafka”nın ortağı, “Lans”ın prezidenti Jerve Martel təşkil edib.

İndi isə “La Voix du Nord” nəşri bu əhvalatın təfərrüatlarını öyrənib. Nəşr yazır ki. H.Məmmədov “Lans”ın azarkeşləri adı altında stadiona 596 nəfər gətizdirib və onların hər birinə 70-100 avro arasında pul paylayıb. Tələb isə belə olub: H.Məmmədov stadiona daxil olanda onu ayaq üstə alqışlamaq və “Lans”ı dəstəkləmək üçün mahnı oxumaq.

“La Voix du Nord” nəşrinin bu qalmaqallı xəbərini “Le Figaro” qəzeti və digər çoxsaylı Fransa KİV-ləri də yayıblar. Nəşr yazır ki, “Lans”ın “Monako”ya alçaldıcı hesabla uduzması stadiondakı “Lans” azarkeşlərinin əksəriyyətinin heç vecinə də deyildi. Komanda oyunda bir dəfə də olsun qol vəziyyəti yarada bilməyib, buna baxmayaraq “Lans”ın azarkeşləri üçün ayrılmış sıralarda oturanlar durmadan komandanı alqışlamaqda və mahnı oxumaqda idilər.

“Hətta yaşlı azarkeşlər də deyir ki, onlar belə qəribə atmosfer görməmişdilər. “Monako”nun böyük hesabla udmasına baxmayaraq onun azarkeşləri özlərini daha sakit aparırdılar, uduzan komandanın tərəfdarları isə durmadan mahnı oxuyur və sevinc imitasiyası yaradırdılar” - deyə nəşr yazır.

Bildirilir ki, “Stade Louis II” stadionunda “Lans”ın 1500-ə yaxın azarkeşi olub, onlardan 596-nın stadiona xüsusi avtobuslarda gətirildiyi üzə çıxıb. Oyun başlamazdan əvvəl H.Məmmədov stadiona daxil olanda onlar ayaq üstə qalxaraq oliqarxı alqışlayıblar. Həmin şəxslərə 70-100 avro arasında pul paylanıb. Beləliklə, H.Məmmədov bu səhnəyə görə ən azı 41700, ən çoxu 59600 avro xərcə düşüb.

Qeyd edək ki, H.Məmmədov “Lans”ı alandan sonra ötən ilin noyabrında bu komandanın oyununa baxmaq üçün Fransaya təntənəli səfər etmişdi. Həmin səfərlə bağlı H.Məmmədovu reklam edən videokliplər yayılmış və bu videokliplər Fransa ictimaiyyətində heyrətlə qarşılanmışdı. Fransa mediası H.Məmmədovun şəxsiyyətə pərəstiş üslubunda hazırlanmış

videolarını günlərlə tənqid etmişdi. Yerli mətbuat azərbaycanlı milyarderin bu ekstravaqant davranışlarını izah etməkdə çətinlik çəkirdi.

Cənab Hafiz Məmmədov deyir ki, onun Avropa futboluna yatırım qoymaqda məqsədi Azərbaycanı tanıtmaq və “prezidentin xarici siyasətinə dəstək vermək”dir.

Ancaq Azərbaycan neftindən qazandığı pulları sağa-sola səpələyən oliqarxın gah fransalı jurnalistlərə saat rüşvət verməyə çalışması, gah biabırçı üslubda özünüreklam rolikləri hazırlatdırmsı, gah da stadiona azarkeş adı altında adambaşına 100 avro paylayıb stadiona tamaşaçılar yığması və özünü onlara alqışlatdırması nə dərəcədə yaxşı reklamdır?

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar