Budurmu Avropa demokratiyası?

Xeybər Göyyallı

Almaniya da, Avropanın digər “demokratiya beşiyi” sayılan Fransa kimi qondarma erməni soyqırımı deyilən bir şeyi tanıdı. Fransa heç, o , məlum idi. Fransanın ermənipərəstliyi çoxdan aləmə bəlli idi. Doğrusu, biz türklər Almaniyadan elə də gözləmirdik. Güman edirdik ki, Almaniya Fransa kimi kor-koranə belə bir şeyə baş vurmaz. Gözləyirdik ki, Almaniya dövləti dünyada alman dəqiqliyi deyilən bir dəyər var, yəqin, onu işə salar. Arxivlərə baş vurar, dünyanı çoxdan çaşdıran bu qondarma vay-şivən məsələsinə, nəhayət, alman dəqiqliyi, “nemes” mizan –tərəzisi ilə son qoyar.

Sən demə, almanların tərəzisini də haylar əyibmişlər. Çox heyif ki, alman dəqiqliyi deyilən nəsnəni təkcə bizim gözümüzdə deyil, yaxın vaxtlarda bu qərardan peşman olub öz gözlərindən də salacaqlar. Axı eşitmişdik ki, almanlarda bir ölçü-biçi, bir simmetriya var. Harda qaldı bəs, sizin dəqiqliyiniz?!

Alman dəqiqliyi var, ancaq unutmayın ki, bu dünyada bir türk ədaləti də var. Biz türklər alman dəqiqliyini heç vaxt danmarıq. Amma onu da unutmayaq ki, bir alman faşızmi də var. Bu gün Almaniya bundestaqında alman dəqiqliyi yox, çox əfsuslar olsun ki, alman faşizmi üzə çıxdı. Bax bunu biz türklər alman xalqından gözləmirdik, fransızlardan gözləsək də.

Almaniya və Fransa çox ciddi bəşəri faciələr törətdikləri yaxın tarixlərinə bir anlıq diqqət etsinlər. Özünü Avropa “demokratiyasının beşiyi” sayan Fransanın sərhədlərindən çox-çox uzaqlarda yerləşən Afrikada - Əlcəzair və Ruanda da uzun illər ərzində axıtdığı qanlar hələ də sorğu–sualsız qalıb. Fransa elə bu iki ölkədə 1 milyondan çox günahsız insanın həyatına son qoymuşdur. Bu, soyqırım deyil, bəs nədir?

O ki qaldı alman faşizminə, o, heç də, onun bəlasını cümlə-bəşər bu gün də ağrılarla yaşayır. Alman faşızminin törətdiyi “Holokost” bəşəriyyətin yaddaşından əsla silinməyəcək. Təkcə “Holokost”da 6 milyon yəhudi həlak olub. Vaxtilə yəhudiləri krematoriyada yandıran alman xalqının başbilənləri deyildimi? Hər iki dünya müharıbəsini Almaniya siyasətçiləri başlamayıbmı?! Siz, almanlar tarixə faşizm adlı nasist bir partiya və bir rejim vermədinizmi?! (Deyəsən , bu dünyada hər şey genetikdir).

İkinci Dünya Müharibəsinin gedişində 25 milyondan çox insan top və mərmilərin qurbanı olmadımı? Bəs, bu faciələrə kim təzminat verəcəkdir? Bu, adi məsələ deyil. Siz, guya inkişaf etmiş avropalıların məkrli siyasəti sizə aydın olduğu kimi, bizə də əlimizin içi kimi bəllidir. Nə istədiyinizi çox yaxşı bilirik. Keçmişdə olduğu kimi, bu gün də Qərb, Şərqlə vuruşur. Qərb bütövlükdə bütün İslam dünyasına , onun ən mütərəqqi kəsimi olan türklərə qarşı bir məkrli plan cızıbdır. Dünyanın fövqəl dövləti olan ABŞ-ın ştatları da ard-arda bu qondarma soyqırımını tanıyır. Yəqin, belə getsə, axırda ABŞ Konqresi də məsələnı müzakirəyə çıxaracaq.

Qondarma erməni soyqırımını tanıyan Almaniya bu gülünc siyasəti ilə yenidən insanları məhv edən krematoriya sobalarının qurulmasına fərman vermirmi?!

“Siz ey, Avropanın cahangirləri” siz bu məkrli siyasətinizlə islam və xristian dünyasını qana çalxalayırsınız. Siz ey, demokratiya carçıları, müharıbə ocaqlarını qalayıb , üstünə ucuzlaşdırdığınız benzin tökürsünüz. Dayanın! Sonra gec olacaq.

Dünyanı son beş-on ildə başbilənlər pis mənada çox dəyişdirdilər. Dəyişdirdilər deyəndə, bəşəriyyəti fəlakətlərlə üzbəüz qoyublar. Avropada isə bu gün almanların babası Marks demişkən, bir kabus dolanır. Bu kabus çümlə-bəşəri qana çalxayan islamabofiyadır. Avropanın başbilənləri özlərindən xoflanıblar.

Dünənki köşəmdə ehtimalla yazmışdım ki, avropalılar türklərin qüdrətindən qorxduqları üçün erməni məsələsini gecə-gündüz körükləyirlər. İndi isə qətiyyətlə söyləyirəm ki, türklərin möhtəşəm keçmişi bu günün özündə belə avropalıları ciddi formada qorxuzur. Avropa təbabəti onu da sübut edib ki, qorxu birbaşa psixika ilə bağlıdır. Müalicəyə asanlıqla tabe olmur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar