ƏRDOĞAN QIRMIZI XƏTTİ KEÇİR!

Eldar-Sabiroqlu-esas2Eldar Sabiroğlu,

sabiq millət vəkili, ehtiyatda olan polkovnik

Türkiyədə qanuni hökuməti devirməyə yönələn 15 iyul gülənçi darbe cəhdi məğlubiyyətə uğradı. Xalq Prezidentin çağrışına səs verərək küçələrə, meydanlara axışdı. Ölkənin demək olar ki, bütün şəhərlərində FETÖ-çü örgütə qarşı izdihamlı mitinqlər bir ay davamlı sürdü və sonucda xalqın hakimiyyəti qalib çıxdı.

Terrorçu quvvələrin qara niyyəti baş tutmuş olsa idi, vətəndaş müharibəsi bir tərəfdən, PKK-nın daha da fəallaşaraq ölkə daxilində amansız qırğınlar törədəcəyi digər yandan və belə qarışıq durumda odun üzərinə benzın tökəcəyi anı səbirsizliklə gözləyən maraqlı xarici dairələrin müdaxiləsi və yardımını da əlavə etsək, Türkiyənin halını təsəvvür edə bilərdik. Çox həyacanlandırıcıdir... Rəcəb Tayyib Ərdoğanın qətiyyəti ölkəni bu amansız bəladan qurtardı. Dövlət qana susamış yalquzaqların tikəsinə çevrilə bilmədi. Bunu etiraf etməliyik.

Ancaq hər şey bitibmi? Təhlükə tam sovuşubmu? Yox, yenə də yox! Arxayınçılığa qapılmağa hələ bərkimiş zəmin yaranmayıb. İkinci dalğanın kükrəyəcəyi ehtimalını inkar etmək sadəlövhlük olardı. Terrorizmlə mübarizənin gücləndirilməsi labübdür. Buna iradımız yoxdur. Bəs başqa problem nədir ki, üzərindən sükutla keçilməsi sadəcə mümkün olmur. Hökumətin sərt və kütləvi tətbirləri, təmizləmə əməliyyatları gələcək üçün yeni xətalara yol aça bilərmi? Türkiyənin idarəçiləri qırmızı xətti keçən şiddətin nəticələrini düşünməyə məcburdurlar və hesab edirəm ki, Ərdoğanın praqmatik və uzaqgörən siyasətçi kimi bunu duymaması əsla inandırıcı təsir bağışlamır. Ancaq cəzalar getdicə sürətini artırır. Təsəvvür edin, ölkənin bütün dövlət və hökumət strukturlarında çalışan 50 minə yaxın məmur tutduqları vəzifələrdən azad edilmiş, sayı minlərlə ölçülən həbslər bu günün özündə də dayanmaq bilmir. Saysız-hesabsız hakim, prokuror, jurnalist, həkim, müəllim işdən qovulmuş, neçə-neçə diplomat geri çagırılmışdır. 40-a yaxın diplomat isə geri dönməkdən imtina etmişdir. 1000-dən artıq məktəb baglanmışdır. Nə qədər acı olsa da, deməliyəm ki, Türkiyə bulanıq bir siyasi tablo ilə üz-üzədir. Böyük bir sual var ki, adamın başına zərblə dəyir və cavab soruşur: zamanında Türkiyənin dövlət nizamını pozmaq üçün hökumətin içərisinə daraşan FETÖ örgütünə bağlı bu taxtabitilərin artımının qarşısını almaq üçün dərmanmı qıtlığı olub? Acı bağırsaq kimi uzatmağın faydası yox! Amma və lakin... Rəqəmlər adamı iynə kimi deşir. Əgər hesaba vurub təqsirləndirilən şəxslərin ailələrinin, yaxın və uzaq əqrabalarının, dost-tanışlarının sayını üst-üstə gəlsək, Türkiyə üçün hansı qorxunc rəqəmin alındığını göz önündə canlandıra bilərik. Bu qədər FETÖ-çunun hakimiyyət nərdivanlarına atlanmasına şərait necə yaradılmışdır? Məsuliyyət bölgüsü ortadadır... FETÖ-çu hərəkat 2002-ci ildən bu yana, yəni AKP iqtidarı dövründə sürət götürmüşdür. Bundan əvvəlki iqtidarlar zamanı Gülənlə hər hansı sıx əlaqələrin olduğunu isbat edəcək əsaslı dəlil-sübutlar barədə konkret danışmağa çətinlik çəkirik. Gülənçilik məhz indiki iqtidarın 15 illik hakimiyyətinin ayağındadır. Onun ən çiçəkli dövrü bu vaxtdan başlayıb.

Cənab Ərdoğanın “Əl-Cəzirə” televiziyasına verdiyi müsahibəsindəki bir məqam yaddaşımdan heç çıxmır. O, qeyd edir ki, 40 il ərzində dövlətin içərilərinə nüfuz edən bu örgütü qısa müddətdə, 20 günün içərisində təmizləmək asan deyil. Bəli, elədir ki, var. Bəlkə Turqut Özalın, Süleyman Dəmirəlin, Bülənt Ecevitin, Tansu Çillərin və Məsud Yılmazın rəhbərlik etdiyi hökumətlər dövründə də Fətullah Gülən atını hara və necə gəldi çapırmış? Bir qədər mübahisə doğuracaq yanaşmadır. Tarix o qədər də uzun deyil. Cəmisi 40 ildir. Həqiqət orada gizlənibsə, istəsək yaxasına əlimiz çatar... Dərinə gedib başımı arğıda bilərəm. İndi Azərbaycanda ölkə rəhbərliyini tənqid etmək daha asandır, nəinki Ərdoğanı. Həmən vedrə bağlayıb göndərərlər FETÖ-nün yanına. Əl-Cəzirəyə müsahibədən unutmadığım bir detal da var. Ərdoğan təxminən belə deyir: ”Onların kökünü qazıyacaq, dövləti sıfırdan qurmağa başlayacağıq”. Çox maraqlıdır deyilmi? Onların kökünün qazılmasına bizlər də tərəfdarıq. Ancaq bu sıfır məsələsini heç anlaya bilmədik. Belə çıxır ki, dövləti sıfırdan qurmağa çalışacaq Ərdoğan bununla demək istəyir ki, indiyəcən Türkiyədə mükəmməl dövlət olmamışdır. Ancaq mənə görə əsası qazi Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş Türkiyə, dönəmin heç bir zamanında sıfır həyatı yaşamamışdır.

Narahatlıq doğuran bir məsələ də vardir ki, bunu udmaq zor bir iş! Çevrilişə cəhddən sonra TSK-nın millətin ürəyindəki isti yeri əvvəlki temperaturunu saxlaya bilmədi. Keşkə fikrimizdə yanılaq. Ancaq bəzi aşkar görüntülər problemin dərinliyindən soraq verir. Mərkəzi şəhərlər -Ankara və İstanbul daxil, Türkiyənin bütün şəhərlərində 10 illər boyu dislokasiya edilən hərbi hissə və birləşmələr çıxarılaraq kənarlara daşınır. Hərbi məktəblər bağlanılır. Yüksək təhsil verən hərbi akademiyalar ləğv edilərək, müdafiə nazirliyinə tabe olan vahid bir qurumla -universitetlə əvəzlənir. NATO sistemində baş qərargahlara verilən üstün imkanlar dəyişdirilir. Baş qərargah rəisinin vəzifəyə təyinatının Yüksək Əsgəri Şuradan alınaraq prezidentin səlahiyyətinə daxil edilməsinə heç bir iradımız yoxdur. Lakin eyni zamanda, paralel olaraq orduya vahid bir mərkəzdən yox, üç xəttin - prezidentin, baş nazirin və müdafiə nazirinin rəhbərlik sisteminin bərqərar edilməsi tam başa düşülmür. Baş Qərargah rəisinin üç pilləli asılılığının hansı effekt verəcəyini gələcək yəqin özü göstərəcəkdir. Bəlkə subyektivliyə yol verirəm, ancaq oturuşmuş orduda birdən-birə belə dəyişiliklərin aparılmasının nə kimi fayda verəcəyini söyləmək mənim işim deyil. Təki sonu yaxşı olsun. Hələlik qətiyyətsiz bir Baş Qərargah rəisinin səhvlərinin ağrısını bu gün demək olar ki, bütövlükdə ordu çəkir.

FETÖ-çu örgütün ordu içərisinə kütləvi şəkildə yeriməsinin əsas baiskarı məhz Baş Qərargah rəisi Hulusi Akarın məsulyyətsiz komandan olmasına bağlıdır. Bunun başqa adı yoxdur. Baxmayaraq, o, yenə öz yerindədir. Təxminən 4-5 ay əvvəl bu ordu generalının Türkiyə Silahlı Qüvvələrinin vahidliyi, üzərinə düşən əsgəri öhdəlikləri və döyüş qabiliyyətini layiqincə icra etmək əzmi və rəşadəti barədə verdiyi bir bəyənatı qardaş ölkənin telekanalarından izlədim. Axırı nə oldu? O oldu ki, bu bəyanatın hansı gücə malik olmasını hamılıqla gördük... Baxın, əmrində olan yüksək rütbəli zabitlər onun özünü əsir götürürlər... Bütövlükdə ordu bir yana, sən demə, Baş Qərargah rəisinin hec öz yaxın çevrəsidən xəbəri yoxmuş. Gecənin bir vaxtinda küçələrə tanklar çıxarılır, insanlara atəş açılır, qırıcı təyyarə parlamenti bombardman edir, FETÖ-ya bağlı zabit və generallar prezidenti öldürmək üçün əməliyyat aparırlar, onunsa sanki heç nədən xəbəri olmur? Doğrudan, müdhiş bir vəziyyət! MİT-in rəhbəri də eynən Hulusi Akar kimi axıradək susqunluğunu qoruyub saxlayır. İnsaf naminə deməliyik ki, bu yerdə prezident Ərdoğanın şücaətinə qibtə etməmək olmur. O, ölümlə üz-üzə dayansa da, iradəsi sınmadı... Lakin qəribədir ki, bu gün çoxları öz yerindədir. Bəlkə burada bir ehtiyatlılıq yaşanır? Demək çətindir. Prezident ona sadiq olan hökumət üzvləri, millət vəkilləri və bəzi yüksək rütbəli hərbçilərlə birlikdə təhlükəni sovuşdurdu, ölkənin parçalanmasının qarşısını aldı. Hərçənd ki, prezident Ərdoğanın çevrilişə cəhddən sonra atdığı müəyyən addımlarla bir insan olaraq razılaşmasam da, aşkar həqiqətin üzərinə də kölgə sala bilmərəm.

Razılaşmadığım məqəmların bir hissəsini sadaladım. Söyləyəcəyim bəzi məsələlər də vardır. Ağıl qoymaq, yol göstərmək iddiası qədər düşüncəyə qapılmadığımı bəri başdan deyə bilərəm. Gülhanə Hərbi Tibb Akademiyasının adını dəyişdirib Tədris və Araşdırma xəstəxanası adlandırmaq və bu tibb ocağını Səhiyyə Nazirliyinə bağlamağa ehtiyac var idimi?! Bünövrəsi 1898-ci ildə II-ci Abdulhəmid tərəfindən qoyulan Hərbi Akademiyanın yeni təyinatı nələri vəd edir, bax bu barədə də tutarlı bilgilər almaq istərdik. İlk baxışda dəyişmək asandır... Yaxud indiyəcən polis orqanlarında xidmət edən qadınların hicabsız olması hansı problemləri ortaya qoyurdu ki, yeni qərarla qadınların başörtüyünə icazə verildi?! Bu qərarın dünyəvilik prinsipi ilə bir araya sığdığını necə əsəslandırmaq olar? Hər şeyi hüquq və azadlıqların ayağına yazmaq düzgün səslənmir. Görünür, qazi Mustafa Kamal Atatürkün dünyəvilik ideyaları ilə barışmayanlar var...

15 iyul dövlət çevilişinə cəhd sanki bəzi fürsətləri də özü ilə bərabər gətirdi... Lakin unudulmamalıdır ki, dünən arxa-dayaq olan toplumun sabah geri çəkilərək üzə qayıtması da mümkündür. Qoca tarixin sinəsində saxladığı bu cür nümunələri vərəqləmək gərək!

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar