“BAKIDAKI BÜTÜN VİLLALAR MƏNİMDİR...” - Nazir Bakıdakı "dəbdəbəli villası"ndan danışıb

“Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

O, belə şər-böhtanlara baş qoşmadığını bildirib: “Biz öz işimizlə məşğuluq”.

"AzPolitika" xatırladır ki, bugünlərdə blogger Mehman Hüseynov yeni tikilməkdə olan bir dəbdəbəli villanın videosunu çəkərək, onun nazir Səlim Müslümova məxsus olduğunu iddia edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar