İlham Əliyevin avtoritarizmi?... belə olurmu?

Və ya, keçiddə fillə polisin fərqi...

alqishAlqış HƏSƏNOĞLU

Son vaxtlar onu avtoritarizmdə, tənqidə dözümsüzlükdə suçlamaq tənqidçilərinin sevimli işinə, ”bir nömrəli” vəzifəsinə cevrilib.

Və bu həm də təkcə bizimkilərin gündəlik məşğuliyyəti deyil: belə “ittihamlar” ölkə xaricindəki “tanış” mənbələrdən də eyni şövq və ahənglə səsləndirilir.

Yerli, müxalif kəsimin bu “sevimli” mövzusu, Cənubi Qafqazın neft ölkəsinə fövqəladə “iştah “nümayış etdirən bəzi qərb mətbuatının, beynəlxalq təşkilatların “menyü”sündə nəzərəcarpacaq yer tutur...

Prezidentliyinin 13 ilini arxada qoyan İlham Əliyevin bütün fəaliyyəti boyu iki xarakterik cəhət qabarıq müşahidə olunub: soyuqqanlı məntiq və kompromissiz mövqe!

İlk baxışda təzadlı görünən bu iki xətt, əslində həmişə bir-birini tamamlayaraq, bir-birinin davamına çevrililib.

Və təbii ki, sual yaranır: hətta kiçik bir mükalimədə özünü büruzə verən iki fərqli cəhət, bir şəxsin - dövlət adamının, siyasi rəhbərin personasında necə asanlıqla cəmləşib dil tapa bilir?

Ötən ay, noyabrın 17-sində Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçılarını qəbul edərkən, “Assoşeytd Press” agentliyinin vitse-prezidenti Con Danişevsk arasında yaşanan dialoqda olduğu kimi...

Amerikalı jurnalistə verilən cavabın sərrastlığı sosial şəbəkələrdə, çap mediasında xüsusi şərh olunub və bu barədə kifayət qədər müzakirələr aparılıb.

Mən polemikanın daha vacib bir intonasiyası üzərində dayanmaq istərdim.

İlham Əliyev deyir: ”Gəlin, dünyanın adından danışmayaq... heç kim mükəmməl deyil”.

Bu, o deməkdir ki, dünyanın get-gəlindən xəbərimiz var, ətrafımizda nə baş verdiyinin fərqindəyik, öz qüsurlarımızı yaxşı bilirik və eyni zamanda hamını, hər kəsi tanıyırıq.

Və Prezident vurğulayır ki, bu cür məsələlərə reallıq kontekstində baxılmalıdır, ayrı-ayrı ölkələr hədəf seçilməməlidir.

Diqqət yetirək: burada avtoritar düşüncə (avtaritor düşüncə qeyri-mükəmməliyi inkar edir: biz mükəmməlik, hər şey əladır, heç bir çatışmazlıq yoxdur və s.) tərzindən, tənqidə aqressiv qıcıqdan xirdaca əlamət yoxdur.

Bu yanaşma idarəetmədə ilişib qalan “qeyri-mükəmməl” faktlara demokratik dünyagörüşün ifadəsidir...

Nə baş verməyindən, ona qarşı edilən çağırışların hansı məqsədlərə hesablanmasından asılı olmayaraq, İlham Əliyev heç vaxt heç kimə borclu qalmır!

Hər addımbaşı - müraciətində, müsahibəsində bədxahlarını xəyal qırıqlığına uğratmağı məharətlə bacarır: iti məntiq və kəskin mühakimə ilə əlavə mühahisə üçün yer saxlamır.

Demokratik baxış və avtoritar idarəçilik birlikdə olurmu?

Bəli, çəkinmədən, tərəddüdsüz qeyd edək ki, ehtiyac yaranırsa, Prezident avtoritar müdaxilələr edib (Şübhəsiz ki, şəraitin özünün sifariş etdiyi dərəcədə) prosesləri yönləndirir və yönləndirməlidir!

Təkcə Azərbaycanda yox! Həm də təkcə bu gün deyil, müstəqilliyini yenicə əldə etmış hər yerdə və hər zaman...

Söz amerikalı jurnalistdən düşmüşkən:

Amerikada İst-River çayı üzərindən məşhur “Bruklin” körpüsü uzanır.

19-cu əsrin sonlarında, 1870-1883-cü illər ərzində inşa edilən bu layihənin açılışı şəhərin, Nyu-Yorkluların həyatına faciə ilə birlikdə daxil olub.

ABŞ prezidentinin iştirak etdiyi açılış mərasiminə yığışan izdiham riqqətə gəlib nəzarətdən çıxır, onlarla adam kütlənin ayaqları altında, çayda boğularaq ölür.

Nyu-Yorklular ölkələrinə rifah gətirəcək bu nəhəng qurğuya xeyli vaxt alışa bilmirlər.

Açılışdan bir həftə keçsə də, şayiə yayılır ki, körpü qəzalıdır, hər an uça bilər. Yolçular basırığa düşür, yenidən 12 nəfər həyatını itirir.

Şəhər rəhbərliyi tikintinin dayanıqlığına inamı bərpa etmək üçün körpü üzərində 21 filin “parad”ını təşkil etməyi qərara alır.

Və fillərin kəraməti hesabına problem çözülür...

Analoji hadisə 133 il sonra, tamam başqa bir məkanda, müxtəlif məziyyətlərlə Xəzərin sahilində, Azərbycanda təkrarlanır...

Bir neçə il əvvəl paytaxt sakinləri Bakının mərkəzindəki yeraltı keçidlərə daxil olmağa o qədər də meyl göstərmirdilər. İnzibati aparat “biləyini çırmalamalı” oldu:

Hökumət sakinlərlə onların öz maraqları naminə “döyüşmək” zərurətiylə üzləşdi.

Polisin müdaxiləsi və cərimələrin tətbiqi mənzərini qısa müddətdə dəyişə bildi.

Düzdür, istənilən müqayisə qüsurludur - belə deyirlər, amma maraqlı paralellər alınır:

19-cu əsrin sonlarında Nyu-Yorklular (amerikalılar) yeni körpünün (yeniliyin) keyfinə qovuşmaq üçün insan təlafatı verməli olmuşdular.

Nyu-Yorkda rəhbərlik sakinləri (amerikalıları) fillərlə tərbiyə edib, başa sala bilmişdi...

21-ci əsrın əvvəlində Bakı sakinləri yeni keçidlərin (demokratiyaya keçidin) təhlükəsizliyini, komfortunu öz üzərində hiss etməsi üçün cərimə dəmək məcburiyyətində qalır.

Bakıda rəhbərlik sakinləri (azərbaycanlıları) keçidə tərəf polislə yönəltməyi, başa salmağı alternativsiz üsul kimi tanıyır.

Deməli, tələfatlarsız, cərimələrsiz heç bir bir keçid, heç bir körpü gerçək təyinatını tapmır.

Deməli, demokratiya avtoritar müdaxilələrsiz gəlişmir.

Bəs demokratik gəlişimi bütün çalarlarıyla öz düşüncəsində, məişətində, həyət-bacasında əks etməsi üçün Azərbycan insanına nə qədər zaman gərəkir?

Prezident əhaliyə keçidlərin faydasını aşılamaq naminə daha neçə sərəncam verməli, vəsait ayırmalı, müdaxilə etməlidir?

Etiraf edək ki, bu o qədər də asan iş deyil.

Axı azərbaycanlılar öz təhlükəsizlikləri barədə heç də yetərincə qayğıkeş deyillər. Praktika göstərir ki, radarların xofu (müdaxiləsi) olmadan təhlükəsizlik kəmərindən istifadə etmək heç də hər sürücü-vətəndaşın yadına düşmür.

Ne etməli?...

Özəlliklərinə rəğmən, keçidlərə pul cəriməsi ödəyən azərbaycanlının perspektiv şansını eyni keçid-körpüyə insan həyatı xərcləyən amerikalının imkanından az dəyərləndirmək ədalətli və obyektiv olmazdı.

Bəli, Prezident sərt davrana bilir, şərait tələb edirsə...

Səbəblər isə prezidentin dediyi fazada - “Reallıq konteksti”ində aydın sıralanır..

Demokratiya, insan haqları, fundamental dəyərlər, inteqrasiya “etiketinə” bükülüb ölkəmizə atılan daşların ölçüsü, sürəti, çəkisİ dəyişir, göz qamaşdırıcı cazibəliyindən nişanə qalmır .

İkiüzlü və coxüzlü standartların “makiyajı” axıb gedir: məkrin, yalanın çılpaq və dəqiq obrazı müəyyənləşir.

Təəsüf ki, bu, yeni söhbət deyil, bəşəri dəyərlərdən sui- istifadə, dünyanın adından bəhs açmaq siyasi güclərin köhnə vərdişidir....

Cox da uzaq olmayan tarixdə saysız-hesabsız istinadlar var.

Sovet elmi-siyasi və bədii ədəbiyyatında Vaşınqton fitnələr yuvası, sovet hökuməti haqqın carçısı, dünya zəhmətkeşlərinin himayədarı kimi tərənnüm edilirdi.

Əks tərəf özünü - Amerikanı demokratiyanın beşiyi, Sovetlər İttifaqını şər imperiyası elan etmişdi...

Kommunist rejimi Almanıyanın bir hissəsinə ixrac etdiyi sovet filialına “Demokratik Respublika” deyirdi.

Kasıb itinin adıni gümüş çağırdığı kimi..

Respublika adının pafosu almanlara aşkarlıq deyil, xalqın əhədini tapdayıb üstündən keçən Berlin divarlarını sırımışdı.

Necə ki, bu gün demokratiyanin ixracı xalqlara güvən əvəzinə xaos və dar ağaçı bəxş edir.

Dövlət başçısını edam etmək, kücənin ortasında qətlə yetirmək kimi feodal vəhşiliyi 21-əsrə daşınır.

Baxmayraq ki, orta əsrlərdə olkəsi işğal edilmiş padşah üçün nadir hallarda belə cəza növü seçilərmış...

Söhbət ölkənin maraqlarından, Qarabağın taleyindən, dövlətin ərazi bütövlüyüdən gedirsə, Prezidentin kəskin davranışı bəzən siyasi konyukturanın sərhədlərindən xeyli kənara da çıxır...

Ancaq bu sərt bəyanatlar imtina çağırışları deyil.

Heç kim heç hədən, əməkdaşlıqdan, inteqrasiyadan, heç bir dəyərdən üz döndərmir.

Prezident dəyərlərin siyasi texnologiya kimi Azərbaycan üzərində tətbiqini qəbuledilməz hesab edir.

Məsələn, biz tolerantlığı humanitar dəyər kimi qoruyur, həyat tərzi kimi paylaşırıq.

Ancaq hansı dairələrsə bu yolla bizi ərazi itkisinə, taleyimizlə barışa şirnikləndirirsə, yanılır.

Ərazin işğal olunur, döz!

Məğlub olursan, döz!

Dininə təzavüz olunur, döz!

Tarixini mənimsəyirlər, döz! və s.

Qoy, heç kim tolerantlığı hiyləgər sığal sanıb başımıza çəkməsin!

Heç kim əməkdaşlıqdan çəkinmir.

Ancaq bu əməkdaşlıq Müstəqil Azərbaycan dövlətinin iradəsinə sayğısızlıqla kerçəkləşə bilməz.

Prezıdent Azərbaycanı müstəqil dövlət kimi yox, müstəqil coğrafiya statusunda həzm edən istənilən qərblinin, şərqlinin, şimallının təsəvərrünü darmadağın edir...

Və yeri gəlirkən, O, öz kompromissiz mövqeyinə yenidən baxmağı məqbul sayır.

Bir halda!...

Prezident, ölkəsinin maraqlarını yalnız qarşılıqlı “asılılıq” əsasında “güzəştə” gedə bilər.

“Reallıq kontekstində” demokratik dünyagörüş və sərt davranış bir-birini inkar etmir .

Əksinə, uzalşır.

Anlamaq çətin deyil.

Necə ki, məşhur bir məsəldə deyilir:

Şəxsiyyətimlə davranışımı səhv salmayın. Şəxsiyyətim mənim kim olmağımla, davranışım isə sizin kim olmağınızla bağlıdır...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar